Üç nəhəngin görüşü: ABŞ və Çin Putini Qafqaz üçün təhdidə çevirir?

Noyabrın 19-da ABŞ, Çin və Rusiya liderləri tarixdə ilk dəfə eyni masa arxasında bir araya gəldilər. Görüşlə bağlı əsas cəlbedici məqam onun dünyadakı qeyri-müəyyənliklər fonunda baş tutması idi. Üstəlik, ABŞ-nin təşəbbüsü ilə keçirilən görüşdə iştirak edən üç dövləti birləşdirən ortaq maraqlar o qədər də çox deyil. Əksinə, tərəflər arasında fikir ayrılıqları və rəqabət predmetləri kifayət qədər genişdir.