İsrail ABŞ-ı inandıra bilmədi: Netenyahunun Vaşinqton cəhdi alınmadı

“Netanyahu və onun Vaşinqtondakı nümayəndəsi, Mossad rəhbəri Roman Hoffman ABŞ administrasiyasının yüksək vəzifəli rəsmilərini İranın guya kimyəvi və bioloji başlıqlı “çirkli bombalar”dan istifadə edərək ABŞ-a zərbə endirməyə hazırlaşdığına inandıra bilməyiblər”.

Bunu israilli jurnalist Şimon Şiffer deyib.

O bildirib ki, İsrailin baş nazirinin cəhdləri baş tutmayıb. ABŞ prezidenti Donald Tramp onları dinlədikdən sonra İranla danışıqlara üstünlük verdiyini deyib.