Fransada qiymət artımına qarşı etirazlarda 82,5 min nəfər iştirak edib

Noyabrın 21-də Fransada qiymət artımına qarşı keçirilən etiraz aksiyalarında ümumilikdə 82 min 500 nəfər iştirak edib.

Bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, ən böyük aksiya Parisdə keçirilib və yürüşə 21 min 500 nəfər qatılıb.

Etirazçıların dağıdılması zamanı yaranan qarşıdurmalar fonunda hüquq-mühafizə orqanlarının əməkdaşları gözyaşardıcı qazdan istifadə ediblər.

Etiraz aksiyalarına çağırış edən “Union Étudiante” tələbə təşkilatı isə şənbə günü Fransanın müxtəlif şəhərlərində keçirilən nümayişlərdə 150 min nəfərin iştirak etdiyini açıqlayıb. Təşkilatın məlumatına görə, Parisdə etirazçılarının sayı 45 min nəfər olub.