Ağdamda məktəbli qız sahibsiz itlərin hücumuna məruz qaldı - VİDEO

Ağdam rayonunda məktəbli qıza sahibsiz itlərin hücumu qeydə alınıb.

Hadisə rayonun Quzanlı qəsəbəsində, 150 saylı tam orta məktəbin yaxınlığında baş verib.

Belə ki, hazırlıq məşğələsindən evə qayıdan yeniyetmə qıza bir neçə sahibsiz it hücum edib. Yaxınlıqda olan sakinlərin köməyi ilə qız itlərin hücumundan xilas edilib.

Hadisə müşahidə kameralarına da düşüb.

Sakinlərin sözlərinə görə, son iki gün ərzində qəsəbədə insanların it hücumuna məruz qalması ilə bağlı daha üç analoji hadisə baş verib.