Qərbi Azərbaycanda növbəti zəlzələ: Naxçıvanda hiss olundu

İranın Qərbi Azərbaycan vilayətinin Xoy şəhəri yaxınlığında 3,6 bal gücündə zəlzələ baş verib.

Bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Zəlzələ noyabrın 21-də yerli vaxtla saat 22:21-də qeydə alınıb.

Yeraltı təkanların episentri Türkiyənin Van vilayətinin Özalp rayonundan 47,59 kilometr məsafədə olub.