Gəzməkdə çətinlik çəkən qadının 23 illik əlillik pensiyası kəsildi - Video

Bərdə rayonunun Xanərəb kəndində yaşayan 63 yaşlı Nəhayət Qasımovanın xəstəlik pensiyası dayandırılıb. Ürək və onurğa problemlərindən əziyyət çəkən qadın maddi çətinliklər səbəbindən dərmanlarını almaqda, hətta evini isitməkdə çətinlik çəkir.