Amerikanın qrafik prosessor istehsalçısı “Nvidia”nın bazar kapitallaşması keçmiş baş direktor Censen Huanq ətrafındakı qalmaqal fonunda bir neçə həftə ərzində 1,4 trilyon ABŞ dolları azalıb.
Bu barədə informasiyanı “Bloomberg” agentliyi yayıb.
Məlumata görə, oktyabrın sonundan etibarən “Nvidia”nın səhmləri 29 faizdən çox ucuzlaşıb.
Kotirovkaların bu qədər kəskin düşməsi çip istehsalçısının bazar dəyərinin 1,4 trilyon dollar azalması ilə nəticələnib.
Bundan əvvəlki birja məlumatları da göstərmişdi ki, şirkətin sabiq rəhbəri ilə bağlı qalmaqal fonunda “Nvidia” səhmləri bir həftədə 22,92 faiz, bir ayda isə 43,45 faiz dəyər itirib.