Masallı rayonunda bədbəxt hadisə nəticəsində xəsarət alan şəxs 4 gün sonra ölüb.
Usta kimi işlədiyi evdə elektrik cərəyanı vurması nəticəsində xəsarət alan 1976-cı il təvəllüdlü Fuad Kərimovun halı 4 gün sonra kəskinləşib.
O, yenidən Masallı Rayon Mərkəzi Xəstəxanasına gətirilərkən yolda vəfat edib.
Faktla bağlı araşdırmalar rayon prokurorluğu tərəfindən aparılır.