İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) hüquqşünası Nigar Hafizqızı vəfat edib.
Bu barədə mərkəzin icraçı direktoru Vüsal Qasımlı məlumat yayıb.
"İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin hüquqşünası Nigar Hafizqızının vaxtsız vəfatı bizi dərindən sarsıtdı. Nigar xanım vətənpərvər, peşəkar, mədəni və dürüst bir kadr idi, beş dil bilirdi… Mərhumun ailəsinə, doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı verir, bu ağır itkinin kədərini bölüşür, onlara səbir və dözüm arzulayırıq", Vüsal Qasımlı sosial şəbəkə hesabında yazıb