Sabirabadda qaçırılan azyaşlı qız tapıldı

Sabirabadda evlənmək məqsədilə qaçırıldığı bildirilən azyaşlı qızın və oğlanın yeri məlum olub.

“Apa.az”a istinadən, polis əməkdaşlarının keçirdiyi tədbirlər nəticəsində qız və oğlan kənd ərazisində tapılaraq valideynlərinə təhvil verilib.

Qeyd edək ki, noyabrın 19-da Sabirabad rayonunun Cavad kənd sakini, 2009-cu il təvəllüdlü oğlanın 2011-ci il təvəllüdlü qızı evlənmək məqsədilə qaçırması ilə bağlı qızın atası polisə müraciət etmişdi.

Faktla bağlı araşdırma aparılır.