“Xalq Bank” ASC-nin İdarə Heyəti sədrinin müavini Nazim İbrahimov vəzifəsindən azad edilib.
Bununla bağlı bankın İdarə Heyətinin sədri Kamran Məcidov müvafiq əmr imzalayıb.
Digər əmrlə, N. İbrahimov Ödəniş Texnologiyaları və Hesablaşmalar Baş İdarəsinə rəsi təyin olunub.
O, bu vəzifədə Asif Abbasovu əvəz edib.
Xatırladaq ki, “Xalq Bank” 2004-cü ildə yaradılıb və səhmlərinin 50%-i “İdeal Business Co.” MMC-yə, 33,85%-i “Euro Standard” MMC-yə, 16,15%-i isə “AMAL Invest Group” MMC-yə məxsusdur.
Könül Vəliyeva