Azərbaycan təmsilçisi "Zəngəzur" UEFA Regionlar Kubokunda ilk matçını keçirib.
Report-a istinadən, 7-ci qrupda yer alan komanda I turda Polşanın "Dolnoşlyonski" kollektivi ilə üz-üzə gəlib.
Türkiyənin Manavqat şəhərindəki Arslan Zeki Demirci İdman Kompleksinin 2-ci meydançasında təşkil olunan görüş rəqibin 12:0 hesablı qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, "Zəngəzur" qrupda növbəti matçlarını noyabrın 24-də Türkiyənin "İstanbul", 27-də isə Rumıniyanın "The Carpathians" klubuna qarşı keçirəcək.