Bakı, 21 noyabr, AZƏRTAC Azərbaycanın müasir siyasi tarixində elə hadisələr var ki, onların əhəmiyyəti yalnız baş verdiyi dövrün reallıqları ilə deyil, həm də gələcək nəsillərin taleyinə göstərdiyi təsirlə ölçülür. 1992-ci il noyabrın 21-də Yeni Azərbaycan Partiyasının yaradılması məhz belə tarixi hadisələrdən biridir. Bu, sadəcə yeni bir siyasi təşkilatın meydana gəlməsi deyil, ölkənin mürəkkəb siyasi şəraitdən çıxışına, dövlətçiliyin qorunmasına və milli inkişaf strategiyasının formalaşmasına yönəlmiş böyük ictimai-siyasi iradənin təzahürü idi.Bu fikirləri AZƏRTAC-a açıqlamasında politoloq Əfəndi İbrahimli deyib.Ötən əsrin 90-cı illərinin əvvəllərində Azərbaycanın son dərəcə mürəkkəb tarixi sınaqlarla üz-üzə qaldığını bildirən politoloq qeyd edib ki, siyasi qeyri-sabitlik, idarəetmə böhranı, Ermənistanın hərbi təcavüzü, torpaqlarımızın işğalı və dövlət müstəqilliyinin itirilməsi təhlükəsi cəmiyyətdə ciddi narahatlıq doğururdu. Belə bir şəraitdə xalq güclü siyasi liderə, milli maraqları rəhbər tutan prinsipial mövqeyə və ölkəni böhrandan çıxara biləcək aydın inkişaf strategiyasına ehtiyac duyurdu. Məhz həmin tarixi məqamda Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin siyasi təcrübəsi, müdrikliyi və dövlətçilik təfəkkürü cəmiyyətin diqqət mərkəzinə çevrildi. Azərbaycanın müxtəlif bölgələrindən olan 91 ziyalının 1992-ci il oktyabrın 16-da Heydər Əliyevə müraciəti, onun isə bu müraciətə müsbət cavabı yeni siyasi hərəkatın əsasını qoydu.“1992-ci il noyabrın 21-də Naxçıvanda keçirilən təsis konfransında Yeni Azərbaycan Partiyası yaradıldı və Heydər Əliyev partiyanın Sədri seçildi. Bununla Azərbaycanın siyasi həyatında yeni mərhələnin başlanğıcı qoyuldu. Yeni Azərbaycan Partiyası qısa müddətdə xalqın etimadını qazanaraq ümumxalq partiyasına çevrildi.Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə Yeni Azərbaycan Partiyası ölkədə siyasi sabitliyin bərqərar olunması, dövlət institutlarının möhkəmləndirilməsi, milli maraqların qorunması və Azərbaycanın beynəlxalq münasibətlər sistemində layiqli yer tutması istiqamətində mühüm siyasi qüvvə kimi çıxış etdi. Ümummilli Liderin müəyyənləşdirdiyi dövlətçilik fəlsəfəsi, azərbaycançılıq ideologiyası və milli həmrəylik prinsipləri partiyanın siyasi fəaliyyətinin əsas ideoloji dayaqlarına çevrildi. Bu siyasi irs bu gün Yeni Azərbaycan Partiyasının Sədri, Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni tarixi mərhələdə uğurla davam etdirilir. Prezident İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa edib, regionun güclü və nüfuzlu dövlətlərindən birinə çevrilib. 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Zəfər və 2023-cü ilin sentyabrında suverenliyimizin tam bərpası Azərbaycan dövlətçiliyinin ən şanlı səhifələrindəndir”, - deyə o əlavə edib. Ə.İbrahimlinin sözlərinə görə, bu Zəfər, eyni zamanda, Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi dövlətçilik strategiyasının, Prezident İlham Əliyevin qətiyyətli siyasi iradəsinin və Azərbaycan xalqının milli birliyinin təntənəsidir. Əldə olunan tarixi nailiyyətlər Yeni Azərbaycan Partiyasının siyasi məsuliyyətini və ideoloji missiyasını daha da artırır. Bu gün Yeni Azərbaycan Partiyası yalnız siyasi təşkilat deyil, həm də dövlətçilik ənənələrinin qorunması, milli maraqların müdafiəsi, gənc nəslin vətənpərvərlik ruhunda formalaşması və cəmiyyətin siyasi proseslərdə fəal iştirakının təmin edilməsi baxımından mühüm ictimai-siyasi institutdur. Partiyanın fəaliyyəti zamanın tələblərinə uyğun olaraq yenilənir, yeni hədəflər və strateji vəzifələrlə zənginləşir.“Xüsusilə Yeni Azərbaycan Partiyasının VIII Qurultayında müəyyənləşdirilən vəzifələr onun qarşıdakı dövr üçün fəaliyyət istiqamətlərini, ideoloji işin gücləndirilməsini, təşkilati strukturun təkmilləşdirilməsini və Ərazi Partiya Təşkilatlarının fəaliyyətinin daha da genişləndirilməsini ön plana çıxarır. Bu, partiyanın cəmiyyətlə əlaqələrinin möhkəmləndirilməsi və siyasi proseslərdə iştirakının daha da fəallaşdırılması baxımından mühüm əhəmiyyət daşıyır.Yeni Azərbaycan Partiyasının 34 illik tarixi göstərir ki, bu siyasi təşkilat zamanın sınaqlarından keçərək öz ideoloji əsaslarına və dövlətçilik prinsiplərinə sadiq qalıb. Onun keçdiyi yol müstəqil Azərbaycanın formalaşması, möhkəmlənməsi və qüdrətlənməsi tarixi ilə sıx bağlıdır”, - deyə Ə.İbrahimli vurğulayıb. Politoloq diqqətə çatdırıb ki, Yeni Azərbaycan Partiyasının 34 illik fəaliyyəti bir həqiqəti təsdiqləyir: güclü dövlət, milli birlik və qətiyyətli liderlik Azərbaycanın davamlı inkişafının başlıca təminatıdır.
Bu gün
1878 xəbər bu gün
Noyabrın 22-də bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib. Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, Mingəçevir, Yevlax, Bərdə, Tərtər, Göyçay…
Xəbər verdiyimiz kimi, Bakının Sabunçu rayonunda həkimin sürücüsü ilə bağbanı arasında baş verən dava bıçaqlanma ilə nəticələnib. Sürücü Həsənağa Həsənovu bıçaqlayan bağban Z.Səlimov polis tərəfindən saxlanılıb…
Moderator.az Kulis.az-a istinadla Səbinə Quliyevanın "Azərbaycan Xalq Cümhuriyyəti dövründə Azərbaycan ədəbiyyatı" yazısını təqdim edir. Azərbaycan xalqı əsrlər boyu azadlıq arzusu ilə yaşamış, milli azadlıq, istiqlal…
Göz altındakı torbalar həmişə yorğunluq və yuxusuzluqdan yaranmır. Yaş artdıqca toxumalar zəifləyir, piy toxuması aşağı göz qapağına doğru hərəkət edərək şişkinlik yaradır. Xarici mediaya istinadən, Johns Hopkins…
Bu gün XVIII əsr Fransa maarifçilərinin görkəmli nümayəndəsi, şair, publisist, tarixçi Fransua Volterin doğum günüdür. Moderator.az Kulis.az-a istinadla onun əsərlərindən sitatları təqdim edir. Gəlin oxuyaq və rəqs edək…
Noyabrın 22-də Ermənistan rəhbərliyi TRIPP (Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu, Zəngəzur dəhlizi - red.) layihəsinin icrasına başlanıldığını elan edəcək. Ermənistan mətbuatına istinadən, bu barədə baş nazir…
Bakıda yaşlı qadının evinə oğurluğa girən şəxs sürprizlə qarşılaşıb. Qadının pul kisəsini oğurlayan şəxs onun içərisinə baxış keçirən zaman 700 manat pulla yanaşı, üzərində “etibarsızdır” yazılan saxta əsginaslarla da…
“Walt Disney Co.” kinostudiyası məşhur “Evdə tək” franşizasının yeni filmində baş rol üçün aktyor Makoley Kalkini geri qaytarmağı planlaşdırır. Bu barədə “Variety” jurnalı etibarlı mənbələrə istinadən məlumat yayıb…
“Bavariya”nın futbolçusu Maykl Olise Bundesliqanın 10-cu turunda “Köln”lə keçirilən matçda (1:1) zədələnib. Bu barədə Münhen klubunun rəsmi saytı məlumat yayıb. Fransalı vinger qarşılaşmanın 41-ci dəqiqəsində rəqib…
Bakı Dövlət Universitetinin (BDU) yeni rektoru Məleykə Abbaszadənin ilk addımlarından biri imtahan sistemini dəyişdirmək olacaq. Bunu Modern.az-a açıqlamasında təhsil ekspert Ramin Nurəliyev bildirib. O qeyd edib ki…
Milli Hidrometeorologiya Xidməti noyabrın 22-də Azərbaycanın 28 şəhər və rayonunda gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verib. Həmin ərazilərdə qərb küləyi əsəcək, küləyin sürəti saniyədə 13,9–20,7…
Ermənistan Prezidentinin və Konstitusiya Məhkəməsinin rəsmi internet saytlarından Müstəqillik Bəyannaməsinə istinadların çıxarılması Azərbaycan-Ermənistan münasibətləri fonunda xüsusi diqqət çəkir. Bu addımı İrəvanın…
Sabirabadda qaçırıldığı bildirilən azyaşlı qız tapılıb. “Qafqazinfo”nun məlumatına görə, polis əməkdaşları qızın və onunla birlikdə olan oğlanın kənd ərazisində gizləndikləri yeri müəyyən ediblər. 2011-ci il təvəllüdlü…
Bir dönəm ''Fənərbaxça''da top qovmuş, hazırda ''Qaziantep''in şərəfini qoruyan Sərdar Dursun ''Qalatasaray''ın ünlü forvardı Viktor Osimhenlə bağlı diqqətçəkən acıqlamalar verib. Son zərbələrinin Osimhenlə müqayisədə…
Misli premyer-liqasının 12-ci turunun "Kəpəz" - "Qarabağ" oyununa cəmi bir gün qaldı. Futbol ictimaiyyətin gərgin keçəcəyi şübhə doğurmayan matçda qələbənin kimə qismət olacağını böyük həyəcanla gözləyir. Axı hər iki…
İranın ayətullahlardan ibarət məclisi olan Məclisi Xubriqan (Ekspertlər Şurası) son yığıncağında ölkənin nüvə müqaviləsindən çıxmağı və müdafiə doktrinasının yenidən baxılmasının…
“Əliyev və Paşinyan Cənubi Qafqazın təhlükəsizlik arxitekturasının yenidən nəzərdən keçirilməsinə, Rusiyanın kənarlaşdırılmasına, İranla sərhəddə “sanitar kordon”un yaradılmasına və Türkiyənin ən…
Meyxanaçı Orxan Lökbatanlı tənqid olunub. Meyxanaçı bu günlərdə ət dükanlarının birinə gedib. Görüntüdə onun həmin dükandan…
Ağcabədi Rayon İcra Hakimiyyəti şəhərdaxili yolların təmiri işlərini yenidən “Hadi İnşaat” MMC-yə həvalə edib. Tribuna.az xəbər verir ki, 2026-cı ildə…
Azərbaycanda 2025/2026-cı tədris ilinin əvvəlində cəzaçəkmə və tərbiyə müəssisələrinin nəzdində fəaliyyət göstərən 5 ümumtəhsil məktəbində 637 nəfər təhsil alıb. Tribuna.az…
Hanoyda keçirilən rəsmi nahardan yayılan fotolarda Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın və qızları Leyla Əliyeva ilə Arzu Əliyevanın geyim seçimi…
“Azərbaycanla Vyetnam beynəlxalq strukturlar çərçivəsində də fəal əməkdaşlıq edirlər. BMT, Qoşulmama Hərəkatı, AQEM çərçivəsində qarşılıqlı etimada və dəstəyə əsaslanan konstruktiv…
“Sizin (Vyetnamın – red.) sürətli sosial və iqtisadi inkişafınız bütün dünyaya məlumdur. Ölkənizdəki çox yaxşı investisiya mühiti dünyanın müxtəlif yerlərindən…
Qırğızıstanın səhiyyə naziri Damir Osmonov həmkarının ürəyində əməliyyat həyata keçirib. Nazir bu barədə sosial şəbəkə hesablarında…
Bakı Dövlət Universitetində (BDU) kadr islahatı aparılıb. “Unikal”a istinadən, bununla bağlı BDU-nun rektoru Məleykə Abbaszadə əmr…
Noyabrın 22-də bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda nəqliyyat vasitələri ilə 205 milyon 52,2 min ton yük daşınıb
Noyabrın 21-də Hanoyda Azərbaycan Respublikasının birinci xanımı Mehriban Əliyevanın Vyetnamın birinci xanımı No Fon Li ilə Hanoydakı İrs Evində görüşü olub
21 noyabr tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Vyetnama rəsmi səfəri zamanı iki ölkənin dövlət başçıları tərəfindən “Azərbaycan Respublikası Prezidentinin və Vyetnam Kommunist Partiyasının…
Bəzən insanın həyatında elə bir cümlə olur ki, illərlə danışılmayan tarix, çəkilən ağrı, gözlənilən bir gün onun içində gizlənir. Eşqinlə 14 il Bakıda qonşu olmuşuq. Eyni həyətdə gəzmişik, gündəlik həyatın…
Vyetnam bizim üçün dost ölkə və strateji tərəfdaşdır. Bunu Azərbaycan Prezidenti İlham Əliyev Hanoyda rəsmi naharda çıxışı zamanı deyib.Dövlətimizin başçısı vurğulayıb ki, keçən il Prezident To Lamın ölkəmizə dövlət…
ABŞ Prezidentinin xüsusi elçiləri Stiv Uitkoff və Cared Kuşner Berlində Qətər nümayəndələri ilə görüşüblər. Tərəflər Dohanın Vaşinqton və Tehran arasında danışıqlarda vasitəçilik imkanlarını müzakirə ediblər. Bu barədə…
Çinin şimal-qərbindəki Tsinxay əyalətinin Delinxa şəhərində 5,6 maqnitudalı zəlzələ baş verib. Bu barədə "Xinhua" agentliyi Çin Seysmoloji Şəbəkələr Mərkəzinin (CENC) məlumatına istinadən xəbər verir. Mərkəzin məlumatına…
Milli Hidrometeorologiya Xidməti noyabrın 22-də bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verib. Xidmətdən "Report"a bildirilib ki, Mingəçevir, Yevlax, Bərdə, Tərtər, Göyçay, Ağdaş, Ucar…
Müttəfiqlər Ukrayna üçün təhlükəsizlik zəmanətinin onun NATO-ya üzvlüyü olduğunu başa düşür. "Report"un Şərqi Avropa bürosunun məlumatına görə, bunu Ukrayna Prezidenti Volodimir Zelenski jurnalistlərə onlayn söhbət…
Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Antonio Koşta Aİ-nin ümumi xərclərin azaldılmasını nəzərdə tutan 2028-2034-cü illər üzrə çoxillik büdcəsinə dair öz təklifini təqdim edib. O, bu barədə "X" sosial şəbəkəsində…
Azərbaycan Basketbol Liqasında II turun təxirə salınmış matçında "Sabah" Bakıda "Gəncə" ilə qarşılaşıb. Görüş Bakı İdman Sarayında baş tutub. Matç "Sabah"ın 107:85 hesablı qələbəsi ilə yekunlaşıb.
Avtomobil bazarında alıcıların seçimləri dəyişir. Çin markalarına maraq artır, yerli istehsal avtomobillərinin mövqeyi güclənir. İkinci əl bazarında isə mühərrik gücü əsasən 1.6 litr olan avtomobillərə tələb qalır…
Ağdam, 21 noyabr, AZƏRTAC Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin təşkilatçılığı ilə Ağdam Şəhəri Gününə həsr olunan klip yayımlanıb.AZƏRTAC-ın bölgə müxbiri…
Bakı, 21 noyabr, AZƏRTAC AZƏRTAC-ın “Yeməyə dəyər” layihəsinin növbəti buraxılışında çəkiliş qrupu Elgün şefin qonağı olub. Bu dəfə mətbəxdə əsas yeri payızın ən ətirli meyvələrindən sayılan heyva tutur. Şef heyvadan…
Ticarət naziri Ömər Bolat / Anadolu Agency (Wire)
Ermənistan hökuməti sabah “Beynəlxalq sülh və firavanlıq naminə Tramp Marşrutu” (TRIPP) layihəsinin başlanmasını rəsmi şəkildə elan edəcək. Ermənistan mətbuatına istinadən, bunu ölkənin Baş naziri Nikol Paşinyan…
Noyabrın 20-də polis tərəfindən keçirilən tədbirlərlə ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 4 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib…