Paşinyan TRIPP layihəsinin rəsmi başlanacağını elan edib

Ermənistanın Baş naziri Nikol Paşinyan "Beynəlxalq sülh və rifah naminə Tramp marşrutu" (TRIPP) layihəsinin rəsmi başlanmasının sabah elan ediləcəyini bildirib.

O enerji transformasiyasının hökuməti üçün strateji mövzu olduğunu qeyd edib.

Baş nazirin sözlərinə görə, energetika və elektrik enerjisinin tranziti bu təşəbbüsün mühüm tərkib hissələri olacaq.

Qeyd edək ki, Ermənistan elektrik şəbəkələrini Azərbaycan və Türkiyənin şəbəkələri ilə birləşdirməyi planlaşdırır. Ölkə artıq İran və Gürcüstanla elektrik şəbəkələri vasitəsilə əlaqəlidir və elektrik enerjisinin ötürülməsinin səmərəliliyinin artırılmasına investisiya yatırır.