AFFA texniki məğlubiyyət iddialarına cavab verdi

Bu gün mediada Bədavi Hüseynovun Andorra – Azərbaycan matçının oyun protokolunda yer almaması ilə əlaqədar Azərbaycan millisinə texniki məğlubiyyət veriləcəyi barədə xəbərlər yayılıb.

Bu barədə AFFA açıqlama yayıb.

Bildiririk ki, Bədavi Hüseynovun adı UEFA-nın rəsmi platformasında yayımlanan Andorra – Azərbaycan oyununun protokolunda yer alıb.

AFFA-ya qarşılaşma ilə bağlı hər hansı qayda pozuntusu və ya texniki məğlubiyyət ehtimalı üzrə rəsmi müraciət daxil olmayıb.

Təəssüf ki, bu cür xəbərlər AFFA ilə dəqiqləşdirilmədən, qurumun mövqeyi öyrənilmədən ictimaiyyətə təqdim olunur.