"İnsan etmədiyi bütün yaxşılıqlara görə günahkardır..." - Fransua Volterdən aforizmlər

Bu gün XVIII əsr Fransa maarifçilərinin görkəmli nümayəndəsi, şair, publisist, tarixçi Fransua Volterin doğum günüdür.

Kulis.az onun əsərlərindən sitatları təqdim edir.

Gəlin oxuyaq və rəqs edək, bu iki əyləncə dünyaya heç vaxt zərər verməz.

*

İnsanı cavablarına görə deyil, suallarına görə dəyərləndir.

*

Öldürmək qadağandır - buna görə də bütün qatillər cəzalandırılır, yalnız kütləvi şəkildə və şeypurların səsi altında öldürənlərdən başqa...

*

Həyat bir gəmi qəzasıdır, amma xilasedici qayıqlarda oxumağı unutmamalıyıq.

*

Sizi absurd şeylərə inandıra bilənlər, sizə qarşı vəhşiliklər də törədə bilərlər.

Nə qədər çox oxuyuramsa heç nə bilmədiyimə bir o qədər əmin oluram.

*

Sağlam düşüncə o qədər də yayılmayıb.

*

Yüz dəfə özümü öldürmək istəmişəm, amma nəsə hələ də həyata vurğunam. Bu gülünc zəiflik bəlkə də ən axmaq kədərli meyillərimizdən biridir, axı bir kənara atmaq istədiyimiz yükü daşımağa can atmaqdan, öz varlığımıza nifrət edib yenə də ondan bərk-bərk yapışmaqdan, qəlbimizi yeyib bitirənə qədər bizi parçalayan ilanı oxşamaqdan daha axmaq nə ola bilər?

*

Həqiqəti sev, amma səhvi bağışla.

*

Tanrıya cəmi bir dəfə, özü də çox qısa dua etmişəm: "Ey Rəbbim, düşmənlərimi gülünc et". Və Tanrı bu duamı eşitdi...

*

Axmaqlar məşhur müəllifin yazdığı hər şeyin heyranedici olduğuna inanmaq vərdişindədirlər. Mən isə yalnız öz zövqümü oxşamaq üçün oxuyur və yalnız xoşuma gələni bəyənirəm.

*

Hər bir insan etmədiyi bütün yaxşılıqlara görə günahkardır.

*

Hara getdiyimi bilmirəm, amma yoldayam.

*

Öz ağlınla düşünməyə cürət et.

*

Kitabların sayı həddindən artıq çox olsa da, oxuyanların sayı necə də azdır! Əgər insan faydalı şəkildə oxusa, avam sürüsünün hər gün nə qədər boş və mənasız şeyləri udduğunu anlayardı.

*

Verdiyiniz ən vacib qərar - əhvalınızı yaxşı saxlamaqdır.

Həqiqəti axtaranları əzizləyin, amma onu tapanlardan ehtiyat edin.

*

Şübhə narahat vəziyyətdir, amma qətiyyət gülünc vəziyyətdir.

*

Darıxdırıcı olmağın sirri hər şeyi danışmaqdır.

*

Dondurma möhtəşəmdir, heyif ki, qanunsuz deyil.

*

İnsan beyni mürəkkəb orqandır, insana inanmaq istədiyi hər şeyə inanmaqda davam etmək üçün səbəblər tapmaq kimi möcüzəvi güc verir.

*

Varlıların rahatlığı kasıbların bolluğundan asılıdır.

*

Xurafat və qərəz axmaqların ağıl əvəzinə istifadə etdiyi vasitədir.

*

Pulu hər şey hesab etmə, yoxsa hər şeyi pul üçün etməyə başlayacaqsan.

*

Mükəmməllik yaxşının düşmənidir.

*

Tarix hamının razılaşdığı yalandan ibarətdir...

Əgər bura mümkün dünyaların ən yaxşısıdırsa, bəs digərləri necədir?

*

Bəs yer üzü hansı məqsədlə yaradılıb? — deyə Kandid soruşdu. Bizi dəli etmək üçün, — deyə Martin cavab verdi.

*

Fəth etmək kifayət deyil, məftun etməyi də bacarmaq lazımdır.

*

İnsanlar həmişə dəli olacaqlar və onları sağalda biləcəyini düşünənlər dəlidir.

Rus dilindən tərcümə etdi: Sevinc Mürvətqızı