Dəhşətli qəza: Cənazə mərasiminə gedən avtobus aşdı - 31 yaralı

İstanbuldan cənazə aparan mikroavtobus Amasiyada qəzaya uğrayıb və nəticədə onlarla insan yaralanıb.

Hadisə noyabrın 21-də Türkiyənin Amasya vilayətinin Göynücek rayonunda baş verib.

Məlumata görə, İstanbuldan Amasyanın Həsənbəyli kəndinə cənazə aparan, Sultangazi Bələdiyyəsinə məxsus mikroavtobus səhər saat 07:50 radələrində Gözlek kəndi ərazisində sürüşkən yolda idarəetməni itirərək aşıb.

Qəza yerinə AFAD, jandarma, yanğınsöndürmə, təcili tibbi yardım və digər xilasetmə qrupları cəlb olunub. Mikroavtobusda sıxışıb qalan bir nəfər xilasedicilərin köməyi ilə çıxarılıb.

Amasya valiliyinin açıqlamasına görə, qəzada 31 nəfər xəsarət alıb. Yaralılar yaxınlıqdakı xəstəxanalara çatdırılıblar.

Hadisə zamanı mikroavtobusda cənazənin də olduğu bildirilib. Ölən şəxsin nəqliyyat vasitəsində daşındığı, qəza nəticəsində isə sərnişinlər arasında ölüm faktının qeydə alınmadığı açıqlanıb.