Hanoy, 21 noyabr, AZƏRTAC Noyabrın 21-də Hanoyda Vyetnam Sosialist Respublikasının Prezidenti To Lamın və xanımı No Fon Linin adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib.AZƏRTAC xəbər verir ki, prezidentlər tədbirdə çıxış ediblər. Əvvəlcə Vyetnam Prezidenti çıxış etdi. Prezident To Lamın çıxışı -Zati-aliləri Prezident İlham Əliyev və birinci xanım.Hörmətli qonaqlar.Bir daha Sizə, cənab Prezident, birinci xanıma və Azərbaycan Respublikasının yüksəksəviyyəli nümayəndə heyətinə Vyetnama rəsmi səfəriniz münasibətilə ən səmimi salamlarımı çatdırmaq istəyirəm. Siz “Odlar Yurdu”ndan minilliklər boyu mədəniyyət tarixi olan paytaxt şəhər Hanoya özünüzlə səmimi sevginizi gətirmisiniz. Vyetnamı və Azərbaycanı minlərlə kilometr ayırır. Hər iki ölkənin özünəməxsus coğrafi və mədəni xüsusiyyətləri var. Ölkələrdən biri Şərq dənizinin, digəri isə Xəzər dənizinin sahilində yerləşir. Azərbaycan həm Avropanın, həm də Asiyanın bənzərsiz mahiyyətini və mədəni irsini daşıyan inci hesab olunur. Ölkəniz ecazkar Qafqaz dağlarını, geniş Xəzər dənizini, yüz illərlə tarixi olan qala və sarayların müasir memarlıq tikililəri ilə birlikdə harmoniya içində mövcud olduğu qədim, lakin müasir paytaxt şəhəri Bakını yada salır. Bundan da heyrətamizi xalqlarımızı birləşdirən oxşar mənəvi, duyğusal və mədəni dəyərlərdir. Bunlara ana vətənimizə sevgi, milli qürur və məğlubedilməz iradə daxildir. Hər iki xalq sarsılmaz olmaqla yanaşı, mehriban, qonaqpərvər və sadiqdir. Ölkənin qonaqlarını ürəkdən və səmimiyyətlə salamlayan Azərbaycanın zəngin mədəni xalçaları şəxsən məni çox təsirləndirmişdir. Xüsusilə Sizin, birinci xanımın və Azərbaycan xalqının bizə göstərdiyi çox səmimi qəbulu nəzərə alaraq, ötən yay Azərbaycana səfərimdən məndə və Vyetnam nümayəndə heyətinin üzvlərində unudulmaz xatirələr qalıb.Hörmətli qonaqlar, ölkənizin ənənəvi dostu olaraq Vyetnam Azərbaycanın sosial-iqtisadi inkişafın sürətləndirilməsində və beynəlxalq aləmdə nüfuzunun artırılmasında nümayiş etdirdiyi cəsarət və yaradıcılıq sayəsində qazandığı böyük nailiyyətləri qeyd etməkdən həmişə fərəhlənib. Tamamilə əminəm ki, Sizin mükəmməl rəhbərliyinizlə Azərbaycan hətta bundan da böyük inkişafa nail olacaq, regionda və dünyada sülh, sabitlik amallarına dəyərli töhfəsini verəcək. Azərbaycan xalqının Vyetnama milli azadlıq mübarizəsində, yenidən birləşməsində və formalaşmasında verdiyi böyük və qiymətli dəstəyi heç vaxt unutmamalıyıq. Bir çox vyetnamlı üçün Azərbaycan indi onların ikinci evinə çevrilib. Minlərlə vyetnamlı tələbə Azərbaycandakı auditoriyalarda yetişib, orada əldə olunan bilikləri ata yurdunda tətbiq edib, müəllimlərinə və dostlarına səmimi hisslər keçirib. Bu bağlılıq məşhur bəstəkar Qara Qarayevin bəstələdiyi “Vyetnam süitası” əsərində və müharibələrin tüğyan etdiyi bir dövrdə işinə sevgisinin onu Vyetnama aparan, xalqımızın ilk film məktəbinin və inqilabi kinoda yer alan aktyorların qızıl nəslinin təməlini qoyan istedadlı rejissor Əjdər İbrahimovun işində öz əksini tapıb.Cənab Prezident, möhtərəm qonaqlar. Bizim uzunmüddətli ənənəvi dostluq münasibətlərimiz var. 1959-cu ildə Prezident Ho Şi Minin Azərbaycana, 1983-cü ildə isə Ümummilli Lider Heydər Əliyevin Vyetnama səfərləri xalqlarımız arasındakı əlaqələrdə mühüm mərhələlər olub. Xüsusilə qeyd etmək lazımdır ki, Vyetnam ilə Azərbaycan arasında neft-qaz sahəsində əməkdaşlıq iki ölkənin beynəlxalq həmrəyliyinin və dəstəyinin nümunəvi göstəricisidir. Azərbaycan çətin dövrlərdə neft-qaz sektorunun təməlinin qoyulmasında Vyetnama dəstək göstərib. Sonradan bu sahə inkişaf edərək strateji sütuna çevrilib, Vyetnamın sənayeləşməsi, modernləşməsi və beynəlxalq inteqrasiyası proseslərinə mühüm töhfə verib.Nəsillər boyu liderlərimizin və xalqlarımızın yaratdıqları səmimi əlaqələr, göstərdikləri əzmkar səylər sayəsində 2025-ci ilin mayında strateji tərəfdaşlığın qurulması ilə ikitərəfli əməkdaşlıq tariximiz yeni mərhələyə qədəm qoydu. Bizim borcumuz iki ölkə arasında mövcud olan etimadı və sevgini daha da möhkəmləndirmək, ikitərəfli münasibətlərimizdəki hər bir inkişafın xalqlarımıza əhəmiyyətli fayda gətirməsini təmin etməkdir.Əziz dostlar, bu səhər Prezident Əliyevlə mən açıq və mühüm ikitərəfli danışıqlar, Vyetnam-Azərbaycan strateji tərəfdaşlığının gələcəkdə daha da möhkəmləndirilməsi imkanları və yolları ilə bağlı fikir mübadiləsi apardıq və razılığa gəldik. Mən qəti şəkildə inanıram ki, qarşılıqlı əzmkarlığımız və səylərimiz sayəsində iki ölkə arasındakı coğrafi məsafə yeni əməkdaşlıq layihələri və nailiyyətlər, həmçinin gənclərimiz arasında mövcud olan və əcdadlarımızdan bizə miras qalan dəyərli dostluq bağları ilə aradan qaldırılacaq.Təlatümlü dünyada Vyetnam regionda və beynəlxalq aləmdə sülhə, sabitliyə, əməkdaşlığa və inkişafa töhfə vermək, bununla da hər iki xalqın öz gələcəyini inamla qurması üçün zəmin yaratmaq məqsədilə Azərbaycanla birlikdə çalışmaq istəyir. Cənab Prezident, ölkələrimiz arasında nəsillər boyu formalaşmış səmimi münasibətləri nəzərə alaraq Sizin Vyetnama səfəriniz şübhəsiz ki, Vyetnam-Azərbaycan əlaqələrinin növbəti inkişaf mərhələsinə yeni təkan verəcək. X X X Sonra Azərbaycan Prezidenti çıxış etdi. Prezident İlham Əliyevin çıxışı -Hörmətli cənab Prezident, hörmətli birinci xanım. Xanımlar və cənablar.Cənab Prezident, ilk növbədə, məni Vyetnama rəsmi səfərə dəvət etdiyinizə, eləcə də səfər zamanı mənə və nümayəndə heyətinə göstərdiyiniz yüksək qonaqpərvərliyə görə Sizə minnətdarlığımı bildirirəm. Gözəl ölkənizə yenidən səfər etməyə şadam.Gələn il biz Azərbaycanla Vyetnam arasında diplomatik əlaqələrin qurulmasının 35-ci ildönümünü qeyd edəcəyik. Lakin xalqlarımız arasında mövcud olan dostluq əlaqələrinin tarixi daha qədimdir. Azərbaycan-Vyetnam dostluq və əməkdaşlıq əlaqələrinin, xoş ənənələrinin əsası ötən əsrdə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev və Vyetnam xalqının böyük oğlu Prezident Ho Şi Min tərəfindən qoyulmuşdur. Bu tarixi irsin bu gün də qorunaraq yaşadılması və davam etdirilməsi böyük məmnunluq doğurur.Vyetnam bizim üçün dost ölkə və strateji tərəfdaşdır. Keçən il hörmətli Prezident cənab To Lamın ölkəmizə dövlət səfəri zamanı qəbul edilən “Azərbaycan Respublikası ilə Vyetnam Sosialist Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyanat” ikitərəfli əlaqələrimizi keyfiyyətcə yeni pilləyə qaldırdı.Vyetnama səfərimin nəticələrindən çox məmnunam. Biz səmərəli görüşlər keçirərək ikitərəfli əlaqələrimizin geniş spektrinə və əməkdaşlığımızın perspektivlərinə dair faydalı fikir mübadiləsi apardıq, vacib sənədlər imzalandı. Azərbaycanla Vyetnam arasında yüksəksəviyyəli siyasi dialoq və qarşılıqlı anlaşma siyasi, iqtisadi-ticari, enerji, müdafiə, humanitar və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi üçün əlverişli şərait yaradır. İnanıram ki, birgə səylərimizlə strateji tərəfdaşlığımızın daha da güclənməsinə nail olacağıq.Azərbaycanla Vyetnam beynəlxalq strukturlar çərçivəsində də fəal əməkdaşlıq edirlər. BMT, Qoşulmama Hərəkatı, AQEM çərçivəsində qarşılıqlı etimada və dəstəyə əsaslanan konstruktiv əməkdaşlığımızı xüsusi qeyd etmək istərdim. Vyetnamın hər zaman, xüsusilə də 2020-ci ilin Vətən müharibəsi dövründə verdiyi dəstəyinə və ədalətli mövqeyinə görə minnətdarıq.Ölkələrimizin mədəni və humanitar əlaqələrinin də zəngin tarixi mövcuddur. Hələ 1955-ci ildə görkəmli Azərbaycan bəstəkarı Qara Qarayev “Vyetnam süitası”nı bəstələmiş, Vyetnam Prezidenti Ho Şi Minin dəvəti ilə azərbaycanlı kinorejissor, ssenarist və yazıçı Əjdər İbrahimov bir müddət Vyetnamda çalışaraq burada ilk milli kino məktəbinin yaradılmasında iştirak etmişdir. Eyni zamanda, sovet dövründə 5 minə yaxın vyetnamlı tələbə Azərbaycanda təhsil alaraq, daha sonra vətənlərinin rifahına töhfə verən peşəkar mütəxəssislərə çevrilmişdir. X X X Sonda prezidentlər Azərbaycan-Vyetnam əlaqələrinin daha da inkişaf etdirilməsinin önəmini vurğuladılar.
Bu gün
1507 xəbər bu gün
"Azərbaycan həm Avropanın, həm də Asiyanın bənzərsiz mahiyyətini və mədəni irsini daşıyan inci hesab olunur".
Noyabrın 21-də Hanoyda Vyetnam Sosialist Respublikasının Prezidenti To Lamın və xanımı No Fon Linin adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın şərəfinə rəsmi nahar…
Noyabrın 21-də Hanoyda Vyetnam Sosialist Respublikasının Prezidenti To Lamın və xanımı No Fon Linin adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın şərəfinə rəsmi nahar…
Amerikanın Anthropic şirkətinin Nasdaq birjasında səhmlərini yerləşdirməsindən sonra onun 5 mindən çox əməkdaşı səhmlərin dəyəri hesabına milyonçuya...
Azərbaycan həm Avropanın, həm də Asiyanın bənzərsiz mahiyyətini və mədəni irsini daşıyan inci hesab olunur.
Azərbaycanda noyabrın 22-də gözlənilən hava şəraiti açıqlanıb.
Noyabrın 21-də Hanoyda Vyetnam Sosialist Respublikasının Prezidenti To Lamın və xanımı No Fon Linin adından Azərbaycan Respublikasının Prezidenti İlham...
Bakı Dövlət Universitetində (BDU) kadr islahatı aparılıb.Bununla bağlı BDU-nun rektoru Məleykə Abbaszadə Əmr imzalayıb.
Yeni Azərbaycan Partiyası Neftçala Rayon təşkilatı tərəfindən Yeni Azərbaycan Partiyasının yaranmasının 34-cü ildönümü münasibətilə “Milli Qurtuluşdan...
İndoneziyanın şərqində yerləşən Molukk adalarında 7,2 maqnitudalı zəlzələ baş verib. Bu barədə İndoneziya mediası ölkənin Meteorologiya, Klimatologiya və Geofizika Agentliyinə (BMKG) istinadən məlumat yayıb. Sunami…
Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda ictimai iaşə dövriyyəsinin dəyəri 2 milyard 596,9 milyon manat olub. Bu barədə Bizim.Media Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. Bu, 2025-ci ilin eyni dövrü ilə…
Millət vəkili, Xalq artisti Polad Bülbüloğlu son illər görmə qabiliyyətində üzləşdiyi problemlərdən danışıb və bununla bağlı İsraildə ağır əməliyyatlar keçirdiyini açıqlayıb. O bu barədə “Sheinkin40” adlı “YouTube”…
Noyabrın 21-də Hanoyda Vyetnam Sosialist Respublikasının Prezidenti To Lamın və xanımı No Fon Linin adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın şərəfinə rəsmi nahar…
Ermənistan elektrik şəbəkəsini Azərbaycan və Türkiyənin elektrik şəbəkələri ilə birləşdirməyi planlaşdırır. Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan ölkəsinin enerji strategiyası barədə danışarkən bildirib. “Biz…
Fin körfəzinin neytral sularında Kalininqrada gedən yük gəmisinə iki pilotsuz uçuş aparatı ilə hücum edilib. Bu barədə Rusiyanın Leninqrad vilayətinin qubernatoru Aleksandr Drozdenko məlumat verib. Qubernatorun sözlərinə…
Azərbaycanda 2025/2026-cı tədris ilinin əvvəlində cəzaçəkmə və tərbiyə müəssisələrinin nəzdində fəaliyyət göstərən 5 ümumtəhsil məktəbində 637 nəfər təhsil alıb. Modern.az -ın Dövlət Statistika Komitəsindən əldə etdiyi…
Noyabrın 21-də Hanoyda Vyetnam Prezidenti To Lam və xanımı No Fon Linin adından Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib. Tədbirdə Azərbaycan və Vyetnam…
"Sabah" noyabrın 25-də Çempionlar Liqasının liqa mərhələsində "Barselona"nı qəbul edəcək. Bakı Olimpiya Stadionunda keçiriləcək oyun saat 21.45-də start götürəcək. Qonaqların Bakıya nə vaxt təşrif buyuracağı, matçdan…
''Qızıl top''un son sahibi, ''Bavariya'' və İngiltərə yığmasının forvardı Harri Keyn ''Foot Mercato''ya açıqlamasında Kərim Benzemaya duyduğu heyranlıqdan danışıb. Bənzər cəhətlərinin olduğunu bildirən ünlü futbolçu…
Misli premyer-liqasının 12-ci turunda bu gün keçiriləcək "Şamaxı" - "Turan Tovuz" matçı üçün heyətlər açıqlanıb. Komandalar saat 14.30-da başlayacaq matça aşağıdakı tərkibdə çıxacaqlar: “Şamaxı”: 1. Rikardo Fernandes…
İrandan güclü təsiredici dərmanları qaçaqmalçılıq yolu ilə gətirərək "Vidal" aptekdə narkotik asılılığı olan şəxslərə qanunsuz olaraq satan şəxslər saxlanılıb.Bu barədə Oxu24.com-a Daxili İşlər Nazirliyindən məlumat…
Taxılçılıq sahəsində dövlət dəstəyi mexanizmlərinin məhsuldarlıq, keyfiyyət göstəriciləri və istehsal nəticələri ilə əlaqələndirilməsi vacibdir. Bunu Hesablama Palatasının Dövlət gəlirlərinin və iqtisadi sahələrin auditi…
AXCP sədri Əli Kərimli və partiyanın Rəyasət Heyətinin üzvü Məmməd İbrahimin barələrindəki cinayət işi üzrə məhkəmə davam edir.
Azərbaycanlı UFC döyüşçüsü Tahir Abdullayev bu gün Qətərin paytaxtı Dohada avstraliyalı Ceyk Mettyusla qarşılaşacaq.
Azərbaycan təmsilçisi "Zəngəzur" UEFA Regionlar Kubokunda ilk matçını keçirib. 7-ci qrupda yer alan komanda I turda Polşanın "Dolnoşlyonski" kollektivi ilə üz-üzə gəlib. Türkiyənin Manavqat şəhərindəki Arslan Zeki…
Noyabrın 21-də Hanoyda Vyetnam Sosialist Respublikasının Prezidenti To Lamın və xanımı No Fon Linin adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın şərəfinə rəsmi nahar…
Fransanın şimalında güclü yağışlardan sonra çayda suyun səviyyəsinin qalxması nəticəsində baş verən daşqınlar səbəbindən təxminən 800 nəfər təxliyə edilib. Bu barədə Fransa mediası yerli hakimiyyət orqanlarına istinadən…
Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərlik etdiyi Rəqəmsal İnkişaf Şurasının fəaliyyətə başlaması Azərbaycanda elektron hökumət imkanlarının genişlənməsinə, süni intellekt və müasir rəqəmsal həllərin tətbiqinə…
Oğuz rayonunun Top və Zərrab kəndlərinin yolları uzun müddətdir təmir olunmadığından yararsız vəziyyətə düşüb. Bu barədə həmin kəndlərin sakinləri məlumat veriblər. Onların sözlərinə görə, ümumilikdə təxminən 900 nəfərin…
Yeni Azərbaycan Partiyası Neftçala Rayon təşkilatı tərəfindən Yeni Azərbaycan Partiyasının yaranmasının 34-cü ildönümü münasibətilə “Milli Qurtuluşdan qlobal liderliyə” adlı tədbir keçirilib. Tədbirdə Neftçala Rayon İcra…
İran Prezidenti Məsud Pezeşkian ölkədə yaşanan enerji böhranı fonunda elektrik enerjisinə qənaət tədbirlərini əyani şəkildə nümayiş etdirmək məqsədilə dövlət televiziyasının nümayəndələrini öz iş otağına dəvət edib. Bu…
Amerikanın "Anthropic" şirkətinin Nasdaq birjasında səhmlərini yerləşdirməsindən sonra onun 5 mindən çox əməkdaşı səhmlərin dəyəri hesabına milyonçuya çevrilib. Bu barədə " Hill.com " platforması məlumat yayıb…
Hanoy, 21 noyabr, AZƏRTAC Ölkənizin ənənəvi dostu olaraq Vyetnam Azərbaycanın sosial-iqtisadi inkişafın sürətləndirilməsində və beynəlxalq aləmdə nüfuzunun artırılmasında nümayiş etdirdiyi cəsarət və yaradıcılıq…
Hanoy, 21 noyabr, AZƏRTAC Azərbaycan həm Avropanın, həm də Asiyanın bənzərsiz mahiyyətini və mədəni irsini daşıyan inci hesab olunur. AZƏRTAC xəbər verir ki, bu sözləri Vyetnam Prezidenti To Lam Hanoyda Azərbaycan…
Hanoy, 21 noyabr, AZƏRTAC Noyabrın 21-də Hanoyda Vyetnam Sosialist Respublikasının Prezidenti To Lamın və xanımı No Fon Linin adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban…
Бессент отметил, что украинский конфликт невозможно решить без диалога.
За январь – октябрь 2026 года зарубежные инвесторы вложили в экономику Азербайджана 3,95 млрд манатов.
В результате операции, проведенной Главным управлением по борьбе с организованной преступностью Министерства внутренних дел, в Хатаинском районе был задержан 44-летний Халид Мустафаев, ранее судимый за аналогичные…
Türkiyənin Amasya vilayətinin Göynücek rayonunda İstanbuldan meyit aparan mikroavtobusun aşması nəticəsində 31 nəfər xəsarət alıb. Bu barədə "Demirören Haber Ajansı" məlumat yayıb. Hadisə bu gün səhər saatlarında baş…
Bakının Yasamal rayonunda mənzildən meyit tapılıb. Hadisə Yasamal rayonu, İnşaatçılar prospektində qeydə alınıb. 66 yaşlı Elşad Cahangir oğlu Rüstəmovun meyiti yaşadığı evdə aşkarlanıb. Meyitin üzərində zorakılıq…
В свете обострившейся в последние дни в Ереване темы пропавших без вести никак не обойти роль Международного Комитета Красного Креста (МККК).
Məlum olduğu kimi noyabrın 19-da İrəvana səfər edən İranın rabitə və informasiya texnologiyaları naziri Seyid Səttar Haşemi növbəti gündə bir sıra görüşlər keçirib və görüşlərdə Tehranın İrəvanla əlaqələri inkişaf…
İlham Əliyev
Molukk adaları