Fransanın şimalında güclü yağışlardan sonra çayda suyun səviyyəsinin qalxması nəticəsində baş verən daşqınlar səbəbindən təxminən 800 nəfər təxliyə edilib.
Bu barədə Fransa mediası yerli hakimiyyət orqanlarına istinadən məlumat yayıb.
"Pa-de-Kale departamentindəki Kanş çayında suyun səviyyəsi maksimum həddə çatıb. Daşqınlar səbəbindən cümə axşamından bəri təxminən 800 nəfər təxliyə edilib", - departamentdən bildirilib.
Bundan başqa, 800-ə yaxın evi su basıb, 170 ev işıqsız qalıb.
Qeyd olunub ki, şənbə günü daşqınlarla əlaqədar narıncı təhlükə səviyyəsi elan edilib.