Bakıda Xalq rəssamının oğlunun meyiti tapıldı

Bakının Yasamal rayonunda mənzildən meyit tapılıb.

Hadisə Yasamal rayonu, İnşaatçılar prospektində qeydə alınıb.

66 yaşlı Elşad Cahangir oğlu Rüstəmovun meyiti yaşadığı evdə aşkarlanıb. Meyitin üzərində zorakılıq əlamətləri olmayıb.

Faktla bağlı araşdırmalara başlanılıb.

Qeyd edək ki, Elşad Rüstəmov mərhum Xalq rəssamı Cahangir Rüstəmovun oğludur.