Gənclər və İdman Nazirliyi "Safeguarding" platformasını istifadəyə verib

Gənclər və İdman Nazirliyinin rəsmi saytında Safeguarding Platforması istifadəyə verilib.

Bu barədə nazirliyin mətbuat xidmətindən bildirilib.

Yeni platforma idman mühitində təhlükəsizliyin təmin edilməsinə, idmançıların, xüsusilə uşaqların və həssas qrupların hüquqlarının qorunmasına, zorakılıq, ayrı-seçkilik və digər arzuolunmaz halların qarşısının alınmasına xidmət edir.

İdmançılar, valideynlər, məşqçilər, hakimlər, könüllülər, federasiya və klub əməkdaşları, eləcə də digər şəxslər bu sahədə müşahidə etdikləri narahatedici məqamlarla bağlı linkə daxil olaraq istənilən vaxt məxfi şəkildə müraciət edə bilərlər.