Rockstar Games-in əsas şirkəti olan “Take-Two İnteraktiv” “Grand Theft Auto VI” (GTA VI) oyununun ilk buraxılış günündə 3,79 milyard dollar gəlir əldə edib.
Bu barədə şirkət mətbuat açıqlamasında deyilir.
Bildirilib ki, "Grand Theft Auto VI”nın pərakəndə satışları ilk günündə 3,79 milyard dollara çatıb və istənilən əyləncə formatı üçün yeni rekord müəyyənləşdirib, tarixin ən böyük əyləncə buraxılışı olub.
Belə ki, göstəricilər ekspert gözləntilərini əhəmiyyətli dərəcədə üstələyib.
Analitika şirkəti “SensorTwo” GTA VI-nın ilk günkü satışlarının təxminən 2,3 milyard dollar olduğunu təxmin edirdi.
Buna qədər "Hörümçək Adam: Yeni Gün" cəmi bir neçə həftə ərzində təxminən 2,5 milyard dollar gəlir əldə edərək ən çox satılan əyləncə məhsulu kimi tanınırdı.
Qeyd edək ki, “Grand Theft Auto VI” 19 noyabr 2026-cı ildə satışa çıxarılıb.