Bakı, 22 noyabr, AZƏRTAC Madridin “Real” klubu İspaniya futbol çempionatının XIII turunda “Selta” üzərində 2:1 hesablı əzmkar qələbə qazanıb.AZƏRTAC xəbər verir ki, Madriddə keçirilən görüşdə qonaqlar Pablo Duranın 6-cı dəqiqədə vurduğu qolla hesabı açıblar. “Real”ın futbolçusu Cud Bellingem 66-cı dəqiqədə tarazlığı bərpa edib. Görüşün 85-ci dəqiqəsində isə Karlos Espe qələbə qolunu vurub.Qeyd edək ki, matçın 38-ci dəqiqəsində “Real”ın hücumçusu Kilian Mbappe penaltidən yararlana bilməyib və topu qapının üstündən göndərib.Bu qələbə Madrid təmsilçisinin İspaniya çempionatında ardıcıl altıncı, bütün turnirlərdə isə ardıcıl doqquzuncu uğuru olub. “Real” 33 xalla turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb. “Selta” isə 13 xalla 13-cü yerdədir.Növbəti turda “Real” noyabrın 28-də doğma meydanda “Alaves”i qəbul edəcək. “Selta” isə noyabrın 29-da “Vilyarreal”la qarşılaşacaq.