Rusiya vasitəçiliyi ilə Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması istiqamətində əldə olunmuş razılaşmalar aktuallığını qoruyur.
TASS-ın məlumatına görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında Dublində keçirilən son görüşü şərh edərkən bildirib.
"Azərbaycan və Ermənistan arasında dövlətlərarası münasibətlərin normallaşması prosesinin davam etdirilməsini, əlbəttə ki, alqışlayır və dəstəkləyirik. Bakı ilə İrəvan arasında dayanıqlı sülh bütün Cənubi Qafqazın sabitliyi və rifahı üçün əsas amillərdən biridir. Bu, təkcə region dövlətlərinin deyil, həm də onların bilavasitə qonşuları olan Rusiya, İran və Türkiyənin marağındadır",- deyə Zaxarova bildirib
Diplomat qeyd edib ki, hazırda Azərbaycan və Ermənistan vasitəçilərin iştirakı olmadan birbaşa dialoqa üstünlük verirlər. Bununla belə, o vurğulayıb ki, belə yardıma ehtiyac yaranacağı təqdirdə Rusiya sülh prosesinə yenidən dəstək göstərməyə hazırdır.
Xatırladaq ki, 2025-ci il avqustun 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp və Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan Azərbaycan Respublikasının Prezidenti və Ermənistan Respublikasının Baş nazirinin Vaşinqtonda görüşünə dair Birgə Bəyannamə imzalayıblar.
Həmin gün Vaşinqtonda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp və Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyanla görüşü çərçivəsində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Ermənistan Respublikasının xarici işlər naziri Ararat Mirzoyan "Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsinə dair Saziş" layihəsini paraflayıblar. Ermənistan" və Azərbaycan Respublikası və Ermənistan Respublikası xarici işlər nazirlərinin ATƏT-in fəaliyyətdə olan sədrinə (ATƏT-in Minsk prosesinin bağlanması, Minsk Konfransı tərəfindən müzakirə edilən münaqişə üzrə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi və Yüksək Səviyyəli Planlaşdırma Qrupuna) birgə müraciəti imzalayıblar.