Nikahların sayı açıqlandı

Azərbaycanda nikah və boşanmaların sayı açıqlanıb.

Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Bildirilib ki, cari ilin 9 ayı ərzində 31085 nikaha daxilolma və 15030 boşanma halları qeydə alınıb.

2025-ci ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə nikahların sayı 4,7-dən 4-ə düşüb, boşanmaların sayı isə dəyişməyərək eyni səviyyədə (2) qalıb.

Nikaha daxilolma səviyyəsi Şərqi Zəngəzur (5,1), Qarabağ (4,7), Dağlıq Şirvan (4,5), Quba-Xaçmaz (4,3), Bakı və QazaxTovuz (4,2), Naxçıvan və Mərkəzi Aran (4,1) iqtisadi rayonlarında ölkə göstəricisindən (4,0) yüksək olub.