SOCAR Mərkəzi Avrasiyanın ən böyük şirkətlərinin reytinqinə başçılıq edib

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ötən il əldə etdiyi 50,8 milyard ABŞ dolları gəlirlə Mərkəzi Avrasiyanın ən böyük şirkətlərinin reytinqində birinci yeri tutub.

"CEBA Top 500" indeksinə istinadən, region üzrə ilk onluğa Azərbaycandan üç şirkət (ümumi gəlir - 65,1 milyard ABŞ dolları), Qazaxıstandan beşi (60,9 milyard ABŞ dolları), eləcə də Özbəkistandan (10,8 milyard ABŞ dolları) və Türkmənistandan (8 milyard ABŞ dolları) hərəsindən biri daxil olub.

İlk onluğa daxil olan şirkətlərin ümumi gəliri indeksdə təmsil olunan 9 ölkənin 500 şirkətinin ümumi gəlirinin üçdə birindən çoxunu təşkil edib. Bu göstəricinin ilkin olaraq təxminən 400 milyard ABŞ dolları olduğu bildirilir.

Liderlərin sahə strukturunda enerji sektoru üstünlük təşkil edir - regionun 10 ən böyük şirkətindən 8-i neft-qaz sahəsini təmsil edir.

2025-ci il üzrə gəlir həcminə görə ilk onluğa aşağıdakılar daxil olub: "Tengizchevroil" (Qazaxıstan, neft-qaz sektoru) - 20 milyard ABŞ dolları, "KazMunayGas" (Qazaxıstan, neft-qaz sektoru) - 18 milyard ABŞ dolları, Nəvai Mədən-Metallurgiya Kombinatı (Özbəkistan, dağ-mədən sahəsi) - 10,8 milyard ABŞ dolları, "Kaşağan" layihəsi üzrə əməliyyat şirkəti/NCOC (Qazaxıstan, neft-qaz sektoru) - 10,5 milyard ABŞ dolları, "Azəri-Çıraq-Günəşli" layihəsi üzrə əməliyyat şirkəti/AIOC (Azərbaycan, neft-qaz sektoru) - 8,3 milyard ABŞ dolları, "Türkmənqaz" (Türkmənistan, neft-qaz sektoru) - 8 milyard ABŞ dolları, "Qaraçaqanaq" layihəsi üzrə beynəlxalq konsorsium/KPO (Qazaxıstan, neft-qaz sektoru) - 6,5 milyard ABŞ dolları, "Şahdəniz" layihəsi üzrə əməliyyat şirkəti (Azərbaycan, neft-qaz sektoru) - 6 milyard ABŞ dolları, "Halyk Bank" (Qazaxıstan, bank sektoru) - 6 milyard ABŞ dolları.