"Real" Tibo Kurtuanın müqaviləsinin müddətinin uzadıldığını açıqlayıb

İspaniyanın "Real" klubu qapıçısı Tibo Kurtua ilə müqavilə müddətinin uzadıldığını açıqlayıb.

Bu barədə Madrid təmsilçisi məlumat yayıb.

34 yaşlı qolkiperin yeni sözləşməsi 2028-ci ilin yayınadək nəzərdə tutulub.

Xatırladaq ki, T.Kurtua 2018-ci ildən "Kral klubu"nun formasını geyinir.