Azərbaycanda nə qədər işsiz var?

Azərbaycanda 2026-cı il noyabrın 1-i vəziyyətinə iqtisadi fəal əhalinin sayı 5449,4 min nəfər olub.

Bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.

İqtisadi fəal əhalinin 5 168,7 min nəfərini məşğul, 280,7 min nəfərini işsiz əhali təşkil edib.

Cari il oktyabrın 1-i vəziyyətinə muzdla çalışan işçilərin sayı 1790,8 min nəfər, o cümlədən dövlət sektorunda 836,8 min nəfər, qeyri-dövlət sektorunda isə 954,0 min nəfər təşkil edib.