Hanoy, 20 noyabr, AZƏRTAC Azərbaycan və Vyetnamı uzun illərə söykənən tarixi dostluq əlaqələri birləşdirir. Bu əlaqələr hazırda strateji tərəfdaşlıq və ikitərəfli əməkdaşlığın genişləndirilməsi sayəsində yeni inkişaf mərhələsinə qədəm qoyur. İki xalqın nümayəndələri arasında humanitar əlaqələr, təhsil mübadiləsi və şəxsi münasibətlər bu dostluğun möhkəmləndirilməsində xüsusi rol oynayır.Bunu Vyetnamın keçmiş elm və texnologiyalar nazirinin müavini, Milli Assambleyanın keçmiş deputatı, Vyetnam-Azərbaycan Dostluq Assosiasiyasının təsisçisi və fəxri prezidenti, doktor Ngiem Vu Khay AZƏRTAC-a müsahibəsində deyib. O, həmçinin Bakıda təhsil aldığı illərlə bağlı xatirələrini bölüşüb, iki ölkə arasındakı tarixi əlaqələri dəyərləndirib və gələcək əməkdaşlığın inkişafına dair təkliflərini irəli sürüb.– Azərbaycanla Vyetnam arasında münasibətlərin hazırkı vəziyyətini necə qiymətləndirirsiniz?– Hesab edirəm ki, Vyetnam ilə Azərbaycan arasındakı münasibətlər tarixinin ən perspektivli dövrlərindən birinə qədəm qoyur. Dostluğumuzun dərin tarixi kökləri var və xalqlarımız arasında qarşılıqlı hörmət, həmrəylik və səmimi rəğbət sayəsində daha da möhkəmlənir. 1959-cu ilin iyulunda Prezident Ho Şi Minin Bakıya səfəri mühüm tarixi hadisə olub. Onun Azərbaycan mütəxəssislərinin köməyi ilə Vyetnamda neft sənayesinin inkişaf etdirilməsi ideyası sonradan gerçəkləşərək əlamətdar nəticə verib.1992-ci ilin sentyabrında rəsmi şəkildə qurulan diplomatik münasibətlər davamlı inkişaf edib. Xüsusilə 2014-cü ildə Prezident İlham Əliyevin Vyetnama və 2015-ci ildə isə Prezident Çıonq Tan Şanqın Azərbaycana səfərlərindən sonra bu əlaqələr daha da genişlənib. 2025-ci ilin mayında Baş katib To Lamın Azərbaycana səfəri çərçivəsində strateji tərəfdaşlığın qurulması münasibətlərimizin tarixində dönüş nöqtəsi olub.Bu gün münasibətlərimiz ənənəvi siyasi dostluq çərçivəsini aşaraq energetika, ticarət, təhsil, elm, texnologiya və mədəni mübadilə sahələrini də əhatə edir. 1970–1976-cı illərdə Bakıda təhsil almış Vyetnam vətəndaşı kimi mən bu münasibətləri sadəcə diplomatik nailiyyət deyil, həm də dərin şəxsi bağlılıq kimi qəbul edirəm.Səmimi-qəlbdən ümid edirəm ki, Prezident İlham Əliyevin Vyetnama hazırkı səfəri münasibətlərimizə yeni təkan verəcək və uzun illərə söykənən dostluğumuzu getdikcə daha məzmunlu, səmərəli və qarşılıqlı faydalı əməkdaşlığa çevirməyə imkan yaradacaq.– Ölkələrimiz arasında ənənəvi dostluğun və sıx əlaqələrin daha da möhkəmləndirilməsi üçün hansı imkanları görürsünüz?– Vyetnam və Azərbaycanın tarixi dostluğu XXI əsrin iqtisadi və texnoloji imkanları ilə birləşdirən yeni əməkdaşlıq modelinin inkişafı üçün böyük perspektivləri var.Birincisi, energetika sahəsində əməkdaşlıq mühüm baza olaraq qalmalıdır. Azərbaycan neft yataqlarının kəşfiyyatı, neft hasilatı və emalı sahəsində beynəlxalq səviyyədə tanınan təcrübəyə malikdir. Vyetnam isə dənizdəki enerji ehtiyatlarının mənimsənilməsi sahəsində əhəmiyyətli təcrübə qazanıb. Əməkdaşlığı bərpaolunan enerji, enerji səmərəliliyi və yaşıl texnologiyalar sahələrində də genişləndirmək mümkündür.İkincisi, ölkələrimizin coğrafi mövqeyi mühüm strateji üstünlüklər yaradır. Azərbaycan Vyetnam üçün onu Qafqaz, Xəzər regionu, Mərkəzi Asiya və Avropa ilə birləşdirən qapıya çevrilə bilər. Öz növbəsində, Vyetnam Azərbaycanın Cənub-Şərqi Asiya və daha geniş ASEAN bazarı ilə əlaqələrini möhkəmləndirməsinə kömək edə bilər.Üçüncüsü, elm, texnologiya, innovasiyalar və rəqəmsal transformasiya, xüsusilə süni intellekt, qabaqcıl mühəndislik, kənd təsərrüfatı və ətraf mühitin mühafizəsi kimi sahələrdə yeni perspektivlər açır.Dördüncüsü, təhsil və mədəniyyət mübadiləsini, o cümlədən təqaüd proqramları, birgə tədqiqatlar, universitetlər arasında tərəfdaşlıq və gənclər proqramlarını da gücləndirmək lazımdır.Nəhayət, mən qəti əminəm ki, Azərbaycanda təhsil almış minlərlə vyetnamlı mütəxəssis özünəməxsus dostluq və peşəkar əlaqələr şəbəkəsini təmsil edir. Bizim vəzifəmiz bu dəyərli tarixi irsi konkret layihələrə, davamlı tərəfdaşlıq münasibətlərinə və gənc nəsil üçün imkanlara çevirməkdir.– Azərbaycan və onun xalqı haqqında təəssüratlarınızı bizimlə bölüşməyinizi istərdik.– Azərbaycan qəlbimdə xüsusi yer tutur. 1970-ci ildə, cəmi 17 yaşım olarkən Bakıya gəlmişəm və Bakı Dövlət Universitetində təhsil alaraq ömrümün unudulmaz altı ilini burada keçirmişəm. Həmin illər Vyetnam üçün son dərəcə çətin dövr idi. Xalqımız milli müstəqillik və ölkənin birləşdirilməsi uğrunda mübarizə aparırdı. Lakin Azərbaycanda biz misilsiz mehribanlıq, dostluq və həmrəylik gördük. Professorlarımız, müəllimlərimiz, kurs yoldaşlarımız və sadə vətəndaşlar bizə səmimiyyət və hörmətlə yanaşırdılar. Onlar bizi azadlıq uğrunda mübarizə aparan cəsur xalqın gənc nümayəndələri kimi görürdülər. İnsanların bizi “Qəhrəman Vyetnam”, “Vyetnam mütləq qalib gələcək”, “Vyetnam – Ho Şi Min” sözləri ilə hərarətlə salamlamasını bu gün də xatırlayıram. Onların dəstəyi bizə güc verir, təhsilimdə daha çalışqan olmağa ruhlandırırdı. 1976-cı ildə universiteti fərqlənmə diplomu ilə bitirdim. Bakıda qazandığım biliklər sonradan Yaponiyada doktorantura tədqiqatlarımı davam etdirməyimə və Vyetnamda elmin inkişafına töhfə verməyimə imkan yaratdı.Mən Azərbaycanın qədim sivilizasiyasına, zəngin mədəniyyətinə, milli ləyaqətinə, qonaqpərvərliyinə və dözümlülüyünə də dərin heyranlıq duyuram. Azərbaycan mənim üçün əbədi olaraq ikinci vətən olaraq qalacaq.– Azərbaycan və Vyetnam arasında humanitar mübadilənin, xüsusilə təhsil sahəsində əməkdaşlığın hazırkı səviyyəsini necə qiymətləndirirsiniz?– Təhsil Vyetnam ilə Azərbaycan arasında dostluq bağlarının mühüm və möhkəm təməllərindən birinə çevrilib. Hələ sovet dövründə Azərbaycan universitetləri və texniki təhsil müəssisələri neft mühəndisliyi, geologiya, fundamental elmlər, texnologiya və hərbi ixtisaslar üzrə minlərlə vyetnamlı tələbə və mütəxəssis hazırlayıb. Məzun icmalarında mütəmadi səsləndirilən fikirlərə görə, Vyetnamın təxminən 4500 vətəndaşı Azərbaycanda təhsil alıb və ya peşə hazırlığı keçib. Onların bir çoxu sonradan alim, mühəndis, universitet müəllimi, yüksək vəzifəli dövlət məmuru və Vyetnamın iri müəssisələrinin rəhbəri olub. Bu insanların töhfəsi Vyetnamın müharibədən sonrakı bərpası və ölkənin sonrakı iqtisadi inkişafı dövründə xüsusilə böyük əhəmiyyət daşıyıb.Mən də bu təhsil əməkdaşlığının imkanlarından yararlanan şəxslərdən biriyəm. Bakı Dövlət Universitetində qazandığım elmi biliklər, peşəkar intizam və intellektual maraq bütün karyerama dərindən təsir göstərib. Xüsusilə sevindirici haldır ki, 2017-ci ildə Vyetnam Azərbaycanın aparıcı təhsil müəssisələrinin xidmətlərini yüksək qiymətləndirərək onları “Dostluq” ordenləri ilə təltif edib.Mədəni mübadilə də dostluq assosiasiyalarımızın və diplomatik nümayəndəliklərimizin təşkil etdiyi sərgilər, konfranslar, bədii proqramlar və tədbirlər sayəsində genişlənib. Bununla belə, hesab edirəm ki, biz tarixi nailiyyətləri sadəcə yad etməklə kifayətlənməməliyik.Təhsil sahəsində əməkdaşlığın təqaüd proqramlarını, tələbələrin akademik mobilliyini, birgə tədqiqatları, rəqəmsal təhsili və müəssisələr arasında tərəfdaşlığı əhatə edən yeni mərhələsinə ehtiyacımız var. Keçmişdə təhsil xalqlarımızı bir-birinə yaxınlaşdırıb. Gələcəkdə isə onlar arasında daha dayanıqlı körpüyə çevrilə bilər.– Azərbaycan ilə Vyetnam arasında münasibətlərin gələcək inkişafı ilə bağlı gözləntiləriniz nədir?– Xüsusilə 2025-ci ilin mayında strateji tərəfdaşlıq münasibətlərinin qurulmasından sonra Vyetnam ilə Azərbaycan arasındakı əlaqələrin gələcəyinə nikbin baxıram. Ən böyük gözləntim siyasi etimadı və tarixi dostluğu hər iki ölkəyə və onların vətəndaşlarına fayda gətirəcək konkret nailiyyətlərə çevirə bilməyimizdir. Birincisi, strateji razılaşmalarımızın həyata keçirilməsi üçün prioritetləri və məsul qurumları dəqiq müəyyənləşdirən, nəticələrin müntəzəm qiymətləndirilməsini nəzərdə tutan səmərəli mexanizmlər yaradılmalıdır. İkincisi, iqtisadi əməkdaşlıq əhəmiyyətli dərəcədə genişləndirilməlidir. İqtisadiyyatlarımızın bir-birini tamamlayan üstünlüklərinə və hər iki ölkənin əlverişli coğrafi mövqeyinə baxmayaraq, ticarət və investisiya həcmi hələ də mövcud potensiala uyğun deyil. Üçüncüsü, elm, texnologiya, innovasiyalar və təhsil ikitərəfli münasibətlərin yeni hərəkətverici qüvvələrinə çevrilməlidir. Birgə tədqiqat təşəbbüslərini, akademik mübadiləni, süni intellekt, yaşıl texnologiyalar və insan kapitalının inkişafı sahələrində əməkdaşlığa xüsusi önəm verərdim. Dördüncüsü, mədəni diplomatiya və xalqlar arasında dostluq münasibətlərimizin ən mühüm dayaqları olaraq qalmalıdır.2029-cu ildə Prezident Ho Şi Minin Bakıya tarixi səfərinin 70 illiyi ərəfəsində ümid edirəm ki, hər iki ölkə bu əlamətdar tarixə həsr olunmuş məzmunlu tədbirlər proqramı və gələcəyə yönəlmiş əməkdaşlıq planı hazırlayacaq. Hər şeydən əvvəl, gənc vyetnamlılarla azərbaycanlıların 50 ildən çox əvvəlki nəsilləri birləşdirən qarşılıqlı anlaşma, etimad və rəğbəti inkişaf etdirdiklərini görmək istərdim. Bu, dostluğumuzun ən dəyərli mirası olardı.– Azərbaycan ilə Vyetnam arasında ədəbi və mədəni əlaqələrin inkişafına mühüm töhfə vermiş bir şəxs kimi bu sahələrdə ikitərəfli münasibətlərin inkişafını necə qiymətləndirirsiniz?– Hesab edirəm ki, ədəbiyyat və mədəniyyət xalqlarımız arasında ən dərin və möhkəm bağlardan biridir. Vyetnam ilə Azərbaycan arasında coğrafi uzaqlıq olsa da, mədəniyyətlərimizi bir sıra mühüm dəyərlər birləşdirir. Bunlara vətənpərvərlik, milli ləyaqət, ailəyə hörmət, qonaqpərvərlik, mərhəmət və güclü sülh istəyi daxildir. Bakıda təhsil aldığım illərdə Azərbaycanın qədim “Kitabi-Dədə Qorqud” dastanından tutmuş ənənəvi musiqisinə, memarlığına və tarixi abidələrinə qədər zəngin mədəni irsi məndə heyrətamiz hisslər yaratmışdı. Qobustanın qayaüstü rəsmləri və Qız qalası tarixi kökləri olduqca qədimlərə gedib çıxan bir sivilizasiyanı simvolizə edir. Ötən illər ərzində keçirilən mədəni konfranslar, sərgilər, xatirə tədbirləri və dostluq assosiasiyalarının təşəbbüsləri vyetnamlıların Azərbaycanı daha yaxından tanımasına kömək edib. Bununla belə, mövcud potensialı nəzərə alsaq, ədəbi mübadilə hələ də kifayət qədər inkişaf etməyib.Vyetnamlı oxucular Azərbaycan poeziyası, klassik ədəbiyyatı, müasir nəsr əsərləri və tarixi mövzuda yazılmış əsərlərlə daha geniş tanış olmaq imkanına malik olmalıdırlar. Eyni zamanda, azərbaycanlı oxucular da Vyetnam ədəbiyyatı ilə tanış olmaq üçün daha çox imkan əldə etməlidirlər. Xüsusilə yazıçılar təşkilatları, nəşriyyatlar, universitetlər, tərcüməçilər və mədəniyyət müəssisələri arasında əməkdaşlığın inkişafını arzulayıram. Ədəbiyyat bizə başqa ölkənin yalnız tarixini deyil, həm də ruhunu, arzularını və mənəvi dəyərlərini anlamağa imkan verir. Belə qarşılıqlı anlaşma həqiqi və davamlı dostluğun zəruri təməlidir.– Vyetnamda Azərbaycan ədəbiyyatının və mədəniyyətinin təbliği istiqamətində fəaliyyətiniz və təşəbbüsləriniz barədə danışa bilərsinizmi?– Vyetnam və Azərbaycan mədəniyyətləri arasında dostluq və qarşılıqlı anlaşmanın təşviqi həyatımın əsas fəaliyyət istiqamətlərindən birinə çevrilib. 2015-ci ildə Azərbaycanın təhsil müəssisələrində təhsil almış soydaşlarımın, eləcə də müvafiq təşkilatların dəstəyini alaraq Vyetnam-Azərbaycan Dostluq Assosiasiyasının təsisçisi və ilk prezidenti oldum. Hazırda həmin qurumun fəxri prezidentiyəm. Assosiasiya vasitəsilə Hanoydakı Azərbaycan səfirliyi və vyetnamlı tərəfdaşlarımızla əməkdaşlıq çərçivəsində Azərbaycanın tarixinə və mədəni irsinə həsr olunmuş konfranslar, mədəni mübadilə tədbirləri, sərgilər, xatirə tədbirləri və ictimai müzakirələr təşkil etmişik və onların keçirilməsinə dəstək vermişik. Çıxışlarımda xalqlarımızı birləşdirən vətənpərvərlik, qonaqpərvərlik, tolerantlıq və milli müstəqilliyə hörmət kimi ümumbəşəri dəyərləri xüsusi vurğulamışam. Həmçinin Azərbaycanda təhsil almış keçmiş vyetnamlı tələbələri öz xatirələrini, peşəkar təcrübələrini və Azərbaycan cəmiyyəti haqqında biliklərini gənc nəsillə bölüşməyə çağırmışam. 2017-ci ildə ikitərəfli dostluğun möhkəmləndirilməsinə verdiyim töhfəyə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin əlindən Azərbaycanın “Tərəqqi” medalını almaq mənim üçün böyük şərəf idi.Gələcəkdə ədəbi əsərlərin tərcüməsi və nəşri, mədəniyyətə dair nəşrlərin və sənədli layihələrin hazırlanması, eləcə də gənc yazıçılar və alimlər arasında mübadilənin inkişafı istiqamətində daha sistemli fəaliyyətə töhfə vermək istərdim. Mənim əsas qənaətim sadədir: dostluq yalnız rəsmi sənədlərdə deyil, həm də insanların yaddaşında, ədəbiyyatda və qəlbində yaşadıqda həqiqətən möhkəm olur.– Sizcə, Azərbaycan və Vyetnam arasında elm, ədəbiyyat və təhsil sahələrində əməkdaşlığın daha da möhkəmləndirilməsi üçün hansı konkret addımlar atılmalıdır?– Hesab edirəm ki, konkret təşəbbüsə əsaslanan bir neçə praktiki və uzunmüddətli fəaliyyət proqramı qəbul etməliyik. Birincisi, universitetlərimiz və elmi-tədqiqat müəssisələrimiz energetika texnologiyaları, geologiya, ekologiya elmləri, süni intellekt, rəqəmsal transformasiya və dayanıqlı inkişaf, o cümlədən, qarşılıqlı maraq doğuran sahələrdə birgə elmi layihələr həyata keçirməlidirlər. İkincisi, tələbələr, doktorantlar və gənc alimlər üçün ikitərəfli təqaüd və akademik mübadilə proqramları yaradılmalıdır. Birgə təhsil proqramları və qısamüddətli elmi tədqiqat təcrübələrinin təşkili də faydalı olardı. Üçüncüsü, Vyetnam-Azərbaycan Elm və Təhsil Forumunun yaradılmasını təklif edirəm. Forum mütəmadi olaraq növbə ilə hər iki ölkədə keçirilməli, universitetləri, elmi-tədqiqat institutlarını, müəssisələri və dövlət orqanlarının nümayəndələrini bir araya gətirməlidir. Dördüncüsü, ədəbiyyat və mədəniyyət sahəsində əsərlərin qarşılıqlı tərcüməsi və nəşri proqramlarına, ədəbi festivallara, film nümayişlərinə, eləcə də ümumi tarixi irsimizin rəqəmsal arxivlərinin yaradılmasına dəstək verilməlidir. Beşincisi, məzun şəbəkələri, xüsusilə Azərbaycanda təhsil almış vyetnamlı mütəxəssislər bu fəaliyyətə fəal cəlb olunmalı, onlardan mentor və institusional əməkdaşlığın inkişafında vasitəçi kimi istifadə edilməlidir. Nəhayət, 2029-cu ildə Prezident Ho Şi Minin Bakıya səfərinin 70 illiyinə həsr olunmuş birgə tədbirlər proqramının hazırlanmasını təklif edirəm.Belə təşəbbüslər tariximizə ehtiram göstərməklə yanaşı, gənc nəsil üçün yeni imkanlar da yaradacaq. Son məqsədimiz tarixi dostluğumuzu bilik, yaradıcılıq və ümumi rifaha əsaslanan dinamik tərəfdaşlığa çevirmək olmalıdır. Müxbir – Pərvanə Qafarova Video – Ələkbər Baxşıyev
Bu gün
2253 xəbər bu gün
Qazax rayonunda dəm qazından zəhərlənmə hadisəsi baş verib. APA-ya istinadən, hadisə rayonun Kəmərli kəndində qeydə alınıb. Belə ki, Bakı şəhər sakini, 1977-ci il təvəllüdlü V. Məmmədov kənddəki evdə dəm qazından…
Yeni Delhidə keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının Sivilizasiyalararası Dialoq Forumu çərçivəsində Azərbaycanın mədəniyyət naziri Adil Kərimli Hindistanın mədəniyyət və turizm naziri Qacendra Sinq Şekhavat ilə…
Bakı-Qazax yolunda avtomobil yanıb.
Bu il oktyabrın 1-nə Azərbaycanda 1 milyon 94,2 min pensiyaçı qeydiyyatda olub. Sfera.az bildirir ki, Dövlət Statistika Komitəsinin məlumatına görə pensiyaçıların sayı ötən ilin eyni dövrü ilə müqayisədə 5,8 min nəfər…
"Bulgari" şirkətinin dünyanın aparıcı zərgərlik brendlərindən birinə çevrilməsində əsas rol oynamış italyan zərgər Paolo Bulqari 89 yaşında vəfat edib. "La Repubblica" qəzetinə istinadən, onun dəfn mərasimi noyabrın…
Peşəkar Çövkən Liqasının son turunun oyunları və mükafatlandırma mərasimi keçirilib. Binə Atçılıq Mərkəzində Azərbaycan Respublikası Atçılıq Federasiyasının təşkilatçılığı ilə keçirilən tədbirə Vətən uğrunda canlarından…
Qazax, 21 noyabr, AZƏRTAC Qazaxda zəhərlənmə hadisəsi baş verib.AZƏRTAC-ın bölgə müxbirinin məlumatına görə, hadisə rayonun Kəmərli kəndində qeydə alınıb. Belə ki, Bakı şəhər sakini, 1977-ci il təvəllüdlü V.Məmmədov…
Bakı, 21 noyabr, AZƏRTAC ARETN Canlı Sistemlərin Tədqiqi İnstitutunun (CSTİ), PHŞ Həmkarlar İttifaqının və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin birgə təşəbbüsü ilə “Libraff Park” Akademiyada uşaqların…
Azərbaycan və Vyetnam birbaşa uçuşların təşkilini təşviq etmək barədə razılığa gəliblər. Məqsəd turizm axınını, ticarət dövriyyəsini və insanlararası əlaqələri artırmaqdır.
Azərbaycanda 10 məktəbə yeni direktorlar təyin ediliblər.
Bakıda 62 yaşlı piyadanı avtomobil vuraraq öldürüb.
21 noyabr tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Vyetnama rəsmi səfəri zamanı iki ölkənin dövlət başçıları tərəfindən "Azərbaycan Respublikası Prezidentinin və Vyetnam Kommunist Partiyasının…
UEFA Regionlar Kubokunun VII qrupunda mübarizə aparan Azərbaycanın "Zəngəzur" komandası turnirdəki ilk oyununda ağır məğlubiyyətlə üzləşib.
Глава офиса президента Украины Кирилл Буданов назвал «чудом» окончание российско-украинской войны до января. Об этом она заявил «24 Каналу». Буданов дал понять, что хочет завершения...
Янь Цзюньцзе перестал быть миллиардером после резкого падения стоимости компании, пишет Forbes. Акции MiniMax подешевели более чем на 90% по сравнению с мартовским максимумом, а...
В Билясуварском районе прошел 6-й кулинарный "Фестиваль индейки". Помимо блюд из мяса индейки, на фестивале были представлены местные сельскохозяйственные продукты, национальные ремесла, проведены различные культурные…
Azərbaycanın mədəniyyət naziri Adil Kərimli noyabrın 21-də Yeni Dehlidə Nepalın mədəniyyət, turizm və mülki aviasiya naziri Xadak Rac Paudel ilə görüşüb. Görüş Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Sivilizasiyalararası…
F-16
FİBA
Rusiya ordusu Ukraynanın Silahlı Qüvvələrinin və hərbi-sənaye kompleksinin yüksəkvəzifəli rəsmilərinin, eləcə də əcnəbi nümayəndələrin toplantı yerinə zərbələr endirib. Bu barədə Rusiyanın Müdafiə Nazirliyi məlumat…
Azərbaycan ilk dəfə 20 yaşadək oğlanlar arasında basketbol üzrə Avropa çempionatına ev sahibliyi edəcək. Bu barədə Redaktor.az-a Azərbaycan Basketbol Federasiyasının mətbuat xidmətindən bildirlib. Noyabrın 20-də...
Bakıda 62 yaşlı piyadanı avtomobil vuraraq öldürüb. Redaktor.az-ın məlumatına görə, hadisə Sabunçu rayonunda baş verib. Yolu qarşı tərəfə keçmək istəyərkən maşının vurduğu 1964-cü il təvəllüdlü Nuriyyə Abdullayeva...
İtaliyanın “İnter” klubunun və Niderland millisinin sabiq futbolçusu Uesli Sneyder baş məşqçi Joze Mourinyonun 2010-cu ildə Çempionlar Liqasının finalında hücumçu Mario Balotellini necə “cəzalandırdığını” danışıb.
Avtomobil bazarında alıcıların seçimləri dəyişir. Çin markalarına maraq artır, yerli istehsal avtomobillərinin mövqeyi güclənir. İkinci əl bazarında isə mühərrik gücü əsasən 1.6 litr olan avtomobillərə tələb qalır.
Ağdamda məktəbli qız sahibsiz itlərin hücumuna məruz qalıb. News24.az hadisə rayonun Quzanlı qəsəbəsində baş verib. 150 saylı tam orta məktəbin şagirdi hazırlıqdan sonra yaşadığı ünvana gedərkən bir neçə sahibsiz itin…
ABŞ ilə İsrail 12 və 40 günlük müharibə zamanı İrana qarşı kütləvi qırğın silahlarından, ən qabaqcıl hərbi texnologiyalardan istifadə etsə də, sonda məğlub olub. IRIB-yə istinadən, bunu İran xarici işlər nazirinin hüquq…
İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Aerokosmik Qüvvələrinin hava hücumundan müdafiə (HHM) sistemləri Qeşm adası üzərində ABŞ-yə məxsus "MQ-1 Predator" pilotsuz uçuş aparatını məhv edib. Bu barədə "Al…
Noyabrın 21-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Vyetnama rəsmi səfəri zamanı iki ölkənin dövlət başçıları tərəfindən "Azərbaycan Respublikası Prezidentinin və Vyetnam Kommunist Partiyasının Mərkəzi…
Qazaxda avtomobil qəzası zamanı ağır xəsarət alan qadın Bakıya gətirilib.
Ağdamda məktəbli qız sahibsiz itlərin hücumuna məruz qalıb. Hadisə rayonun Quzanlı qəsəbəsində baş verib. 150 saylı tam orta məktəbin şagirdi dərsdən sonra yaşadığı ünvana gedərkən bir neçə sahibsiz itin hücumuna məruz…
Noyabrın 20-də Almaniyanın Hamburq şəhərində keçirilən FIBA Avropa İdarə Heyətinin iclasında 2027-ci ilin gənclər arasında Avropa çempionatlarının ev sahibi şəhərləri təsdiqlənib. Azərbaycan Basketbol Federasiyasından…
Krım körpüsünə hücumlardan əvvəl də Rusiya ordusu Ukraynanın körpülərinə raket və pilotsuz uçuş aparatları ilə 109 hücum edib. Bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski Böyük Britaniyanın müdafiə üzrə dövlət katibi…
Azərbaycan ilk dəfə 20 yaşadək oğlanlar arasında basketbol üzrə Avropa çempionatına ev sahibliyi edəcək.
Azərbaycan ilk dəfə 20 yaşadək oğlanlar arasında basketbol üzrə Avropa çempionatına ev sahibliyi edəcək. Bu barədə Modern.az-a Azərbaycan Basketbol Federasiyasının mətbuat xidmətindən bildirlib. Noyabrın 20-də…
Ağdamda məktəbli qız sahibsiz itlərin hücumuna məruz qalıb. “Qafqazinfo”nun məlumatına görə, hadisə rayonun Quzanlı qəsəbəsində baş verib. 150 saylı tam orta məktəbin şagirdi hazırlıqdan sonra yaşadığı ünvana gedərkən…
Təmsilçimiz “Zəngəzur” UEFA Regionlar Kubokunda ilk oyununu keçirib. "Football-plus.az" xəbər verir ki, 7-ci qrupda yer alan komandamız ilk turda Polşanın “Dolnoşlyonski” kollektivi ilə qarşılaşıb. Türkiyənin Manavqat…
İran Fars körfəzinin şimalında, Buşehr sahillərində ABŞ-yə məxsus pilotsuz uçuş aparatını (PUA) məhv edib. Bu barədə İran İslam İnqilabı Keşikçiləri Korpusuna (SEPAH) istinadən "Tasnim" agentliyi məlumat yayıb."Bir neçə…
Vətən müharibəsində Şuşa istiqamətində gedən döyüşlərdə ağır yaralanaraq sağlamlığını itirən daha bir qəhrəmanımız Samir Məmmədov müharibədə aldığı xəsarətlər nəticəsində hərəkət məhdudiyyətinin olmasına baxmayaraq, əzmi…
Qazax rayonunda dəm qazından zəhərlənmə hadisəsi baş verib.APA-nın məlumatına görə, hadisə rayonun Kəmərli kəndində qeydə alınıb.Belə ki, Bakı şəhər sakini, 1977-ci il təvəllüdlü V. Məmmədov kənddəki evdə dəm qazından…
Milli Hidrometeorologiya Xidməti noyabrın 22-də Azərbaycanın bir sıra bölgələrində gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq elan edib. Xidmətin məlumatına görə, Mingəçevir, Yevlax, Bərdə, Tərtər…
Noyabrın ikinci yarısı dörd bürcün nümayəndəsi üçün maliyyə baxımından uğurlu dövr ola bilər. Onların qarşısında gəlirlərini artırmaq, yeni qazanc mənbələri tapmaq və maddi vəziyyətlərini yaxşılaşdırmaq imkanları…
21 noyabr tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Vyetnama rəsmi səfəri zamanı iki ölkənin dövlət başçıları tərəfindən "Azərbaycan Respublikası Prezidentinin və Vyetnam Kommunist Partiyasının…
İran Fars körfəzinin şimalında, Buşehr sahillərində ABŞ-yə məxsus pilotsuz uçuş aparatını (PUA) məhv edib. Bu barədə İran İslam İnqilabı Keşikçiləri Korpusuna (SEPAH) istinadən "Tasnim" agentliyi məlumat yayıb. "Bir neçə…
Slovakiyanın qərbindəki Modra şəhərində pedaqoji məktəbdə zərərli maddənin sızması səbəbindən 40 nəfər xəstəxanaya yerləşdirilib. Bu barədə TASR məlumat yayıb. Bratislavadakı Milli Uşaq Xəstəlikləri İnstitutunun…
Ukrayna Prezidenti Volodimir Zelenski Oksana Markarovanın Vaşinqtonda səfir vəzifəsinə qayıtmasını mümkün hesab edir. Ukrayna mediasına istinadən, bu barədə Zelenski onlayn brifinq zamanı bildirib. Onun sözlərinə görə…