SEPAH-ın baş komandanı: Artıq onlar üçün təhlükəsiz yer yoxdur, rahat yata bilməyəcəklər

“Qisas bizim haqqımızdır, dünya artıq son qətllərdə əli olan qatillər və cinayətkarlar üçün təhlükəsiz yer olmayacaq, rahat yata bilməyəcəklər və qorxu içində yaşamalıdırlar”.

Bunu İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) baş komandanı Əhməd Vahidi deyib.

“Bu gün böyük mübarizənin bir hissəsini geridə qoymuşuq, digər hissəsi isə qarşıdadır”, - SEPAH rəhbəri qeyd edib.

Əhməd Vahidi iddia edib ki, ABŞ Hərbi Dəniz Qüvvələrinə yaxınlaşa bilmir:

“Düşmənin hərbi gəmiləri niyə 500-600 kilometrdən daha yaxın məsafəyə gəlməyə cəsarət etmirlər? Çünki Hərbi Dəniz Qüvvələrimizin döyüşçülərinin, eləcə də Aerokosmik Qüvvələrimizin komandan və döyüşçülərinin gücü özünü məhz orada göstərib”.