Bakı, 20 noyabr, AZƏRTAC AZƏRTAC oxucuları ölkəmizin muzey kolleksiyalarındakı nadir eksponatlarla tanış edən “Azərbaycan muzeylərində nadir eksponatlar” silsiləsini davam etdirir. Silsilənin bu buraxılışı Səməd Vurğunun ev-muzeyinə həsr olunub. Şairin ömrünün son illərini yaşadığı mənzildə onun həyat və yaradıcılığı ilə bağlı eksponatlar, şəxsi əşyaları və əlyazmaları qorunub saxlanılır.Muzey XIX əsrdə inşa edilmiş yaşayış binasının üçüncü mərtəbəsində yerləşir. Səməd Vurğun ömrünün son illərini bu mənzildə yaşayıb, gərgin yaradıcılıq və ictimai fəaliyyətlə məşğul olub. Muzeyin ekspozisiyası beş otaqdan və dəhlizlərdən ibarətdir. Şairin qonaq, iş və yataq otaqları olduğu kimi qorunub saxlanılır. Yazı masası Xalq şairi Səməd Vurğun iş otağındakı yazı masasının arxasında çoxsaylı yuxusuz gecələr keçirib, bir çox qiymətli əsərini qələmə alıb. Həyat yoldaşı Xavər xanım xatirələrində qeyd edirdi ki, şair bu masanın arxasına heç vaxt ev geyimində keçməz, həmişə rəsmi geyimdə əyləşərdi. Şairin masa arxasında çəkilmiş 1954-cü ilə aid fotoşəkli də bu xatirəni təsdiqləyir.1944-cü ildə şair masanı Bakı Mebel Fabrikindən alıb. Ağacdan hazırlanıb, üzlüyündə mahuddan istifadə olunub.Masanın üzərində şairin son əlyazmaları, avtoqələmi, həyat yoldaşı və övladları ilə birlikdə çəkdirdiyi fotoşəkil yer alır. Həmçinin Səməd Vurğunun ən çox sevdiyi gülün rəmzi olaraq kiçik səbətə süni bənövşələr qoyulub.“Vaqif”, “Fərhad və Şirin”, “İnsan”, “Aygün” və bir çox başqa sənət inciləri, eləcə də məqalə və çıxışları məhz bu masanın arxasında ərsəyə gəlib. “Mən tələsmirəm” (1954), “Yada sal məni” (1955) və “Gödəkçə” (1955) şeirləri də burada yazılıb.Eksponat təmir və bərpa olunmayıb. Royal Otaqda Almaniyanın “C. Bechstein” firmasının istehsalı olan konsert royalı nümayiş etdirilir. Royalda vaxtilə Azərbaycan milli operasının banisi Üzeyir Hacıbəyli, eləcə də bəstəkarlar Qara Qarayev, Fikrət Əmirov, Səid Rüstəmov, Süleyman Əsgərov, Emin Sabitoğlu, Vaqif Mustafazadə və Vaqif Səmədoğlu öz əsərlərini ifa ediblər. Onların bir çoxu Səməd Vurğunun əvvəlki mənzilində tez-tez qonaq olublar.Royal ağac, qara lak, metal və sümükdən hazırlanıb. Onun stulu 2022-ci ildə bərpa olunub. Zəngli saat Muzeyin qonaq otağında nümayiş olunan antik zəngli saatın böyük mənəvi dəyəri var. Şairin həyat yoldaşı Xavər xanım saatın əqrəblərini 1956-cı il mayın 27-də, axşam saat 19:30-da - Səməd Vurğunun dünyasını dəyişdiyi anda dayandırıb. Bu, onun şairə olan sevgisinin və bağlılığının təsirli ifadəsidir.Hündür kabinet saatı 1949-cu ildə Bakıda komisyon mağazadan alınıb. Ağac və metaldan hazırlanıb. Eksponat təmir və bərpa olunmayıb. Xavər xanımın portreti 1989-cu ildə Xalq rəssamı Kamil Xanlarov Səməd Vurğunun həyat yoldaşı Xavər xanımın portretini çəkərək ona hədiyyə edib. Xavər xanım əsəri bəyənsə də, əllərinin boş təsvir olunmasını istəməyib və portretə üzüyünün də əlavə edilməsini xahiş edib.Portret 1989-cu ildə Bakıda kətan üzərində yağlı boya ilə işlənib. Rəssam əsəri muzeyə hədiyyə edib. Eksponat təmir və bərpa olunmayıb. Xalça Səməd Vurğunun 50 illik yubileyi münasibətilə Azərbaycan SSR Elmlər Akademiyası şairin portreti təsvir olunan süjetli xalçanı ona hədiyyə edib. Xalçaçı-rəssam Lətif Kərimovun müəllifi olduğu əsər 1956-cı ildə Bakıda toxunub.Xalça xovludur, toxunuş üslubu Təbriz məktəbinə yaxındır. Tünd göy, tünd sumağı və qırmızı rəngli yun saplardan hazırlanıb. Sonradan çərçivəyə salınıb. Eksponat təmir və bərpa olunmayıb. Müxbir – Günel Alıyeva
Bu gün
2285 xəbər bu gün
Hazırda Avropada mövcud olan birlik ABŞ Prezidenti Donald Trampın Avropa ölkələrinə təzyiq göstərməsini mümkünsüz edir. Bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski bildirib. “Bu gün Avropada elə bir əhvali-ruhiyyə…
Ağdamda məktəbli qız sahibsiz itlərin hücumuna məruz qalıb. Sfera.az bildirir ki, hadisə rayonun Quzanlı qəsəbəsində baş verib. 150 saylı tam orta məktəbin şagirdi hazırlıqdan sonra yaşadığı ünvana gedərkən bir neçə…
21 noyabr tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Vyetnama rəsmi səfəri zamanı iki ölkənin dövlət başçıları tərəfindən “Azərbaycan Respublikası Prezidentinin və Vyetnam Kommunist Partiyasının…
Azərbaycan Premyer Liqasının XII turunda daha bir görüş keçirilib. "Qəbələ" səfərdə "Şəfa" ilə üz-üzə gəlib. "SOCAR Polymer Arena"da təşkil olunan qarşılaşmada Qəbələ təmsilçisi 2:0 hesablı qələbə qazanıb. Bölgə…
Rusiya helikopteri Loviysa sahillərində Finlandiyanın hava məkanını pozub. Bu barədə Finlandiya Müdafiə Nazirliyinin saytındakı bəyanatında deyilir. "Ehtimal olunur ki, Rusiya helikopteri bu gün saat 12:34-də (Bakı vaxtı…
Bakı, 21 noyabr, AZƏRTAC Finlandiyanın xarici işlər naziri Elina Valtonen peşəkar idmançılar da daxil olmaqla, Rusiya vətəndaşlarının Avropa İttifaqı (Aİ) ərazisinə girişinə ümumavropa səviyyəsində yeni məhdudiyyətlər…
Bakı, 21 noyabr, AZƏRTAC Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta Aİ-nin 2028–2034-cü illər üzrə uzunmüddətli büdcəsinə dair yeni təklifini təqdim edib. Layihədə müdafiənin maliyyələşdirilməsinin 232 faiz…
"Bulgari" şirkətinin dünyanın aparıcı zərgərlik brendlərindən birinə çevrilməsində əsas rol oynamış italyan zərgər Paolo Bulqari 89 yaşında vəfat edib.
Türkiyə Superliqasının XII turunda "Qalatasaray" "Samsunspor"u 2:1 hesabı ilə məğlub edərək çempionatda ardıcıl altıncı qələbəsini qazanıb.
Китайская разведка расширяет возможности по сбору информации за рубежом, используя связи китайской диаспоры, вербовку сотрудников иностранных компаний и сочетание киберопераций с агентурной работой, пишет Financial...
В Сети появились патентные изображения обновленного кроссовера Duster, который должен дебютировать в 2027 году. Судя по документам, которое опубликовало издание L'Argus, автомобиль получит заметно переработанную…
İsveç paytaxtının hakimiyyət orqanları aqressiv davranış nümayiş etdirən və tədris prosesini pozan şagirdlər üçün xüsusi məktəblər sisteminin genişləndirilməsi imkanlarını nəzərdən keçirir. Bununla bağlı qərar Stokholm…
Qızıloba kəndi
Sabirabadda
Ağdamda məktəbli qız sahibsiz itlərin hücumuna məruz qalıb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Vyetnama rəsmi səfəri zamanı iki ölkənin dövlət başçıları tərəfindən “Azərbaycan Respublikası Prezidentinin və Vyetnam Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş…
ABŞ Prezidenti Donald Trampın komandası Miladdan əvvəl Ukrayna və Rusiya ilə yeni sülh danışıqları təşkil etmək niyyətindədir. Bunu Ukrayna Prezidenti Volodimir Zelenski jurnalistlərlə söhbətində...
Qazax rayonunda dəm qazından zəhərlənmə hadisəsi baş verib. APA-ya istinadən, hadisə rayonun Kəmərli kəndində qeydə alınıb. Belə ki, Bakı şəhər sakini, 1977-ci il təvəllüdlü V....
60 yaşdan sonra orqanizmdə əzələ kütləsinin azalması, sümük sıxlığının zəifləməsi və maddələr mübadiləsinin yavaşlaması kimi dəyişikliklər baş verir. Mütəxəssislər bu proseslərin təsirini azaltmaq üçün gündəlik fiziki…
Azərbaycanda 10 məktəbə yeni direktorlar təyin ediliblər. Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrinə təyinat alan direktorlar təqdim olunublar: Gəncə şəhəri 1…
Azərbaycan və Vyetnam birbaşa uçuşların təşkilini təşviq etmək barədə razılığa gəliblər. Məqsəd turizm axınını, ticarət dövriyyəsini və insanlararası əlaqələri artırmaqdır. Bu müddəa Azərbaycan Prezidenti İlham Əliyevin…
Noyabrın 21-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Vyetnama rəsmi səfəri zamanı iki ölkənin dövlət başçıları tərəfindən "Azərbaycan Respublikası Prezidentinin və Vyetnam Kommunist Partiyasının Mərkəzi…
Noyabrın 20-də Almaniyanın Hamburq şəhərində keçirilən FIBA Avropa İdarə Heyətinin iclasında 2027-ci ilin gənclər arasında Avropa çempionatlarının ev sahibi şəhərləri təsdiqlənib.
alınması ilə bağlı tender elan edib
Azərbaycan ilk dəfə 20 yaşadək oğlanlar arasında basketbol üzrə Avropa çempionatının oyunlarına ev sahibliyi edəcək. Bununla bağlı qərar noyabrın 20-də Almaniyanın Hamburq şəhərində…
Azərbaycan cüdoçusu Ramazan Əhmədov Özbəkistanın paytaxtı Daşkənddə keçirilən gənclər arasında dünya çempionatında gümüş medal qazanıb. Bizim.Media xəbər verir ki, +100 kq çəki dərəcəsində yarışan idmançı finalda…
Bakıda 62 yaşlı piyadanı avtomobil vuraraq öldürüb. Hadisə Sabunçu rayonunda baş verib. Yolu qarşı tərəfə keçmək istəyərkən maşının vurduğu 1964-cü il təvəllüdlü Nuriyyə Abdullayeva ağır vəziyyətdə xəstəxanaya çatdırılsa…
21 noyabr tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Vyetnama rəsmi səfəri zamanı iki ölkənin dövlət başçıları tərəfindən "Azərbaycan Respublikası Prezidentinin və Vyetnam Kommunist Partiyasının…
Azərbaycan və Vyetnam birbaşa uçuşların təşkilini təşviq etmək barədə razılığa gəliblər. Məqsəd turizm axınını, ticarət dövriyyəsini və insanlararası əlaqələri artırmaqdır.
Qazax rayonunda dəm qazından zəhərlənmə hadisəsi baş verib. APA-ya istinadən, hadisə rayonun Kəmərli kəndində qeydə alınıb. Belə ki, Bakı şəhər sakini, 1977-ci il təvəllüdlü V. Məmmədov kənddəki evdə dəm qazından…
Yeni Delhidə keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının Sivilizasiyalararası Dialoq Forumu çərçivəsində Azərbaycanın mədəniyyət naziri Adil Kərimli Hindistanın mədəniyyət və turizm naziri Qacendra Sinq Şekhavat ilə…
Bakı-Qazax yolunda avtomobil yanıb.
Bu il oktyabrın 1-nə Azərbaycanda 1 milyon 94,2 min pensiyaçı qeydiyyatda olub. Sfera.az bildirir ki, Dövlət Statistika Komitəsinin məlumatına görə pensiyaçıların sayı ötən ilin eyni dövrü ilə müqayisədə 5,8 min nəfər…
"Bulgari" şirkətinin dünyanın aparıcı zərgərlik brendlərindən birinə çevrilməsində əsas rol oynamış italyan zərgər Paolo Bulqari 89 yaşında vəfat edib. "La Repubblica" qəzetinə istinadən, onun dəfn mərasimi noyabrın…
Peşəkar Çövkən Liqasının son turunun oyunları və mükafatlandırma mərasimi keçirilib. Binə Atçılıq Mərkəzində Azərbaycan Respublikası Atçılıq Federasiyasının təşkilatçılığı ilə keçirilən tədbirə Vətən uğrunda canlarından…
Qazax, 21 noyabr, AZƏRTAC Qazaxda zəhərlənmə hadisəsi baş verib.AZƏRTAC-ın bölgə müxbirinin məlumatına görə, hadisə rayonun Kəmərli kəndində qeydə alınıb. Belə ki, Bakı şəhər sakini, 1977-ci il təvəllüdlü V.Məmmədov…
Bakı, 21 noyabr, AZƏRTAC ARETN Canlı Sistemlərin Tədqiqi İnstitutunun (CSTİ), PHŞ Həmkarlar İttifaqının və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin birgə təşəbbüsü ilə “Libraff Park” Akademiyada uşaqların…
Azərbaycan və Vyetnam birbaşa uçuşların təşkilini təşviq etmək barədə razılığa gəliblər. Məqsəd turizm axınını, ticarət dövriyyəsini və insanlararası əlaqələri artırmaqdır.
Azərbaycanda 10 məktəbə yeni direktorlar təyin ediliblər.
Bakıda 62 yaşlı piyadanı avtomobil vuraraq öldürüb.
21 noyabr tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Vyetnama rəsmi səfəri zamanı iki ölkənin dövlət başçıları tərəfindən "Azərbaycan Respublikası Prezidentinin və Vyetnam Kommunist Partiyasının…
UEFA Regionlar Kubokunun VII qrupunda mübarizə aparan Azərbaycanın "Zəngəzur" komandası turnirdəki ilk oyununda ağır məğlubiyyətlə üzləşib.
Глава офиса президента Украины Кирилл Буданов назвал «чудом» окончание российско-украинской войны до января. Об этом она заявил «24 Каналу». Буданов дал понять, что хочет завершения...
Янь Цзюньцзе перестал быть миллиардером после резкого падения стоимости компании, пишет Forbes. Акции MiniMax подешевели более чем на 90% по сравнению с мартовским максимумом, а...
В Билясуварском районе прошел 6-й кулинарный "Фестиваль индейки". Помимо блюд из мяса индейки, на фестивале были представлены местные сельскохозяйственные продукты, национальные ремесла, проведены различные культурные…