Britaniyalı lord İsrailin Qəzzada törətdiyi soyqırıma etiraz etməyən yəhudiləri tənqid edib

Lord Indarjit Singh noyabrın 16-da Lordlar Palatasındakı çıxışında Britaniyada yaşayan yəhudilərə yönələn təhdidlərin artmasını onların İsrailin Qəzzadakı əməllərinə etiraz etməməsi ilə əlaqələndirib. O, fələstinlilərin yaşadığı ağrılara da toxunaraq onlara dəstək olmağa çağırıb.