Təyyarədə yanğın - Uçuş təxirə salındı

Rusiyada uçuşa hazırlaşan təyyarədə yanğın baş verib.

Hadisə “Nordwind” aviaşirkətinə məxsus təyyarənin Sankt-Peterburqdan Tümenə uçuşu zamanı yaşanıb.

Sərnişinlərdən birinə məxsus elektron siqaret təyyarənin göyərtəsində əriməyə və yanmağa başlayıb.

Alov qısa müddətdə söndürülüb, bundan sonra təyyarə dayanacağa qaytarılıb.

Elektron siqaret müsadirə edildikdən sonra təyyarə yenidən uçuşa hazırlaşdırılıb.

Nəticədə təyyarə 15 dəqiqə gecikmə ilə Tümenə yola düşüb.