Sabirabadda avtomobilin vurduğu piyada xəstəxanada ölüb

Oktyabrın 31-i saat 22 radələrində Sabirabad rayonunun Çöl Beşdəli kəndinin ərazisində Vüqar Əliməmmədov idarə etdiyi “QAZ-31105” markalı avtomobillə yolu keçən Sabirabad rayonunun Çölbeşdəli kəndi sakini, 1961-ci il təvəllüdlü Məmmədov Yaşar Qubalı oğlunu vurub.

Piyada açıq kəllə-beyin travması ilə Şirvan xəstəxanasına yerləşdirlib və ötən gecə orada ölüb.

Faktla bağlı araşdırma aparılır.