İlham Əliyev Hanoyda Ho Şi Minin məqbərəsində - Foto/Video

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 20-də Hanoyda Vyetnam Sosialist Respublikasının qurucusu Ho Şi Minin məqbərəsini ziyarət edib.

Məqbərənin qarşısında fəxri qarovul dəstəsi düzülüb.

Prezident İlham Əliyev Ho Şi Minin xatirəsinə ehtiramını bildirib, məqbərənin önünə əklil qoyub.