İngiltərənin "Liverpul" klubunun müdafiəçisi Kostas Tsimikas yayda komandanı tərk edəcək.
"Sport24.gr" nəşrinə istinadən, 30 yaşlı yunanıstanlı futbolçu özünü fərqli mühitdə sınamaq istəyir.
Futbolçunun İspaniya La Liqası klublarından birinə transfer ola biləcəyi qeyd olunub.
Qeyd edək ki, K.Tsimikas 2020-ci ildə "Liverpul"a keçib. Onun hazırkı müqaviləsinin müddəti gələn ilin yayına qədər qüvvədədir. "Transfermarkt" portalı futbolçunun dəyərini 4,5 milyon avro qiymətləndirir.