Bakı, 20 noyabr, AZƏRTAC Bu gün Azərbaycan Premyer Liqasında XII turun oyunlarına start veriləcək. AZƏRTAC xəbər verir ki, turun ilk günündə iki matç baş tutacaq.Günün ilk qarşılaşmasında “Zirə” səfərdə “İmişli”nin qonağı olacaq. Yevlax şəhər stadionunda keçiriləcək görüş saat 14:30-da başlayacaq. Hazırda “Zirə” 19 xalla turnir cədvəlinin beşinci, “İmişli” isə 11 xalla səkkizinci pilləsində yer alır.Günün ikinci matçında “Sumqayıt” doğma meydanda “Sabah”la qarşılaşacaq. Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək oyun saat 19:00-a təyin olunub. “Bayquşlar” 21 xalla ikinci sırada qərarlaşıb. “Sumqayıt” isə 10 xalla doqquzuncu yerdədir.Azərbaycan Premyer LiqasıXII tur20 noyabr (cümə)14:30. "İmişli" – "Zirə"Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Müslüm Əliyev, Nazim AbdullayevVAR: Kamranbəy RəhimovAVAR: Kərim ZeynalovHakim-inspektor: Asim XudiyevAFFA nümayəndəsi: Seymur SəlimliYevlax şəhər stadionu19:00. "Sumqayıt" – "Sabah"Hakimlər: Elvin Bayramov, Asiman Əzizli, Zöhrab Abbasov, Vüqar HəsənliVAR: Rəşad ƏhmədovAVAR: Rahil RamazanovHakim-inspektor: İmanxan SultaniAFFA nümayəndəsi: Məmmədəli MəmmədovMehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionuQeyd edək ki, Azərbaycan Premyer Liqasında XII tura noyabrın 22-də yekun vurulacaq.