Bu gündən etibarən Bakı-Balakən-Bakı qatarları üzrə müntəzəm sərnişindaşıma xidməti bərpa olunub.

Qatar Bakı Dəmir Yolu Vağzalından saat 23:30-da yola düşəcək, saat 08:10-da Balakən Dəmir Yolu Vağzalına çatacaq. Əks istiqamətdə qatar saat 21:10-da hərəkət edərək saat 06:01-də Bakı Dəmir Yolu Vağzalında olacaq.

Bu marşrut üzrə sərnişindaşıma xidməti sel hadisəsindən zərər görmüş Qax-Zaqatala dəmir yol xəttinin təmiri ilə əlaqədər avqustun 1-dən müvəqqəti dayandırılmışdı.