Bu gün Misli Premyer Liqasında XII tura start veriləcək.
Turun ilk oyun gününün proqramına iki qarşılaşma daxildir.
Günün ilk matçında “İmişli” klubu Yevlax şəhər stadionunda “Zirə”ni qəbul edəcək. Görüş saat 14:30-da başlayacaq.
İkinci oyunda isə “Sumqayıt” Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda “Sabah”la üz-üzə gələcək. Qarşılaşma saat 19:00-da start götürəcək.
XII tur
20 noyabr
14:30. “İmişli” – “Zirə”;
19:00. “Sumqayıt” – “Sabah”.