Sürücülərin diqqətinə: Bu yollarda sıxlıq var – SİYAHI

Hazırda Bakının bəzi prospekt və küçələrindəki avtomobil yollarda sıxlıq müşahidə olunur.

Bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat paylaşıb.

Sıxlıq olan yolların siyahısını təqdim edirik:

1. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən “20 Yanvar” metro stansiyası istiqamətində;

2. Bakı-Sumqayıt şosesi, “20 Yanvar” metro stansiyası istiqamətində;

3. Heydər Əliyev prospekti, əsas yol, mərkəz istiqamətində;

4. Koroğlu Rəhimov küçəsi, Ak. Həsən Əliyev küçəsi ilə kəsişmədən Heydər Əliyev prospekti istiqamətində;

5. Üzeyir Hacıbəyli küçəsi, Azadlıq prospekti ilə kəsişməyə qədər;

6. Yusif Səfərov küçəsi, mərkəz istiqamətində;

7. 1-ci Göl kənarı yolu, Ziya Bünyadov prospekti istiqamətində;

8. Rəşid Behbudov küçəsi, Mərkəzi Bank istiqamətində;

9. 8 Noyabr prospekti, Süleyman Əhmədov küçəsi ilə kəsişmədən mərkəz istiqamətində sıxlıq müşahidə olunur.