Yevlax rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Bizim.Media-nın Mərkəzi Aran bürosunun yerli mənbələrdən əldə etdiyi məlumata görə, hadisə axşam saatlarında rayonun Qoyunbinəsi kəndində qeydə alınıb.
Belə ki, kənd sakini, Selcan adlı 5-ci sinif şagirdi velosipedlə hərəkətdə olarkən qonşu kənddən gələn RAF markalı avtomobil onu vurub.
Ağır xəsarətlər alan azyaşlı dərhal Yevlax Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.
Leyla Vəfadar, Bizim.Media, Mərkəzi Aran bürosu