Çində Ukrayna ilə bağlı üçtərəfli görüşdən sonra Donald Tramp sülhə nail olmağın mümkün olduğu qənaətinə gəlib.
Bunu ABŞ prezidentinin xüsusi nümayəndəsi Cared Kuşner Berlində “könüllülər koalisiyası” çərçivəsində Avropa liderləri və Ukrayna nümayəndələri ilə görüşün nəticələrinə dair mətbuat konfransında bildirib.
Kuşnerin sözlərinə görə, danışıqlar uğurlu keçib və iştirakçılar nizamlamanın bir neçə əsas sahəsində əhəmiyyətli irəliləyiş əldə ediblər.
Kuşner görüşü "çox mənalı və uğurlu" adlandıraraq, bunun gələcək addımlar üçün yanaşmaların hazırlanmasına kömək etdiyini qeyd etdi. O həmçinin Trampın danışıqlara telefonla qoşulduğunu təsdiqləyib.
Amerika nümayəndəsi xüsusilə İtaliya Baş naziri Giorgi Meloni, Polşa Baş naziri Donald Tusk, Avropa Komissiyasının prezidenti Ursula fon der Leyen və NATO-nun baş katibi Mark Rutte də daxil olmaqla Avropa liderlərinin Ukraynaya dəstəyini vurğulayıb.