ABŞ Prezidenti Donald Tramp Rusiya Prezidenti Vladimir Putin və Çin Sədri Si Cinpinlə üçtərəfli görüşdə Ukraynada sülhə nail olmaq niyyətini ifadə edib.
Bunu ABŞ Prezidentinin xüsusi nümayəndəsi və kürəkəni Cared Kuşner Berlində keçirilən mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, Tramp Şençjendəki danışıqlar zamanı hər iki liderə Ukrayna münaqişəsinin həlli istiqamətində fəal əməkdaşlığa hazır olduğunu çatdırıb.
“Prezident Tramp Stiv Uitkoffu və məni buraya göndərdi. Daha sonra özü görüş zamanı zəng edərək Şençjendə Si Cinpin və Vladimir Putinlə apardığı məsləhətləşmələr barədə məlumat verdi. O, hər iki liderə sülhə nail olmaq istədiyi və bunun üçün onlarla fəal əməkdaşlığa hazır olduğu barədə çox aydın mesaj verib”, – Kuşner bildirib.