Tbilisidə yaşayış binasında güclü partlayış

Gürcüstanın paytaxtı Tbilisinin kənarında yerləşən yaşayış binasında baş verən qaz partlayışı nəticəsində həyatını itirənlərin sayı 5 nəfərə çatıb.

Məlumata görə, axtarış-xilasetmə əməliyyatları zamanı dağıntılar altından daha iki nəfərin meyiti çıxarılıb.

Hadisədən sonra ilkin olaraq üç nəfərin cəsədi aşkar edilib.

Gürcüstanın Fövqəladə Halların İdarə Olunması Xidmətinin rəhbəri Temur Mqebrişvili daha əvvəl açıqlamasında dağıntılar altında qaldığı ehtimal edilən üç nəfərin axtarıldığını bildirib.

Hazırda hadisə yerində xilasedicilər və xüsusi texnika vasitəsilə axtarış-xilasetmə işləri davam etdirilir.

Partlayışın dəqiq səbəbləri və hadisənin digər təfərrüatları araşdırılır.