Televizoru hər gecə elektrikdən ayırmaqla ciddi qənaət əldə etmək mümkün deyil. Çünki müasir Smart TV modelləri gözləmə rejimində çox az enerji sərf edir.
"BGR" nəşrinə istinadla, gözləmə rejimində 0,5 vatt enerji sərf edən televizor səkkiz saat ərzində cəmi 0,004 kilovat-saat elektrik istifadə edir. Bir ay ərzində bu göstərici təxminən 0,12 kilovat-saat təşkil edir.
Bununla yanaşı, televizorun tez-tez elektrikdən ayrılması avtomatik proqram yeniləmələrinə və internet bağlantısına mane ola bilər. Bəzi modellərdə yenidən işə düşmə prosesi də uzana bilər.
Enerjiyə qənaət etmək üçün mütəxəssislər sürətli işə düşmə və şəbəkə vasitəsilə aktivləşmə kimi lazımsız funksiyaları söndürməyi tövsiyə edirlər.
Beləliklə, televizoru hər gecə elektrikdən ayırmaqdansa, onun enerji sərfiyyatı parametrlərini tənzimləmək daha məqsədəuyğundur.