İsrail Hərbi Hava Qüvvələri Livanın şərqində, Bəkaa vadisinin Cənta bölgəsində “Hizbullah”a məxsus obyektə zərbə endirib.
Bu barədə İsrail Müdafiə Qüvvələrinin (SAXAL) mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, obyekt əvvəllər raket istehsalı və silahların saxlanılması üçün istifadə olunub.