Azərbaycan 10 ayda geyimə 8 milyard manatdan çox pul xərclənib

2026-cı ilin yanvar-oktyabr aylarında Azərbaycanın pərakəndə ticarət şəbəkəsində istehlakçılar tərəfindən toxuculuq məhsulları, geyim və ayaqqabılar 8 milyard 54 milyon manat xərclənib.

Dövlət Statistika Komitəsinə istinadən, bu, illik müqayisədə 4,2% çoxdur.

Qeyd edək ki, ötən 10 ayda alıcıların pərakəndə ticarət şəbəkəsində aldıqları mallara xərclədiyi vəsaitin 14 faizi toxuculuq məhsulları, geyim və ayaqqabılar alınmasına sərf olunub.