Tramp Putin və Si ilə görüşdən sonra kimlərə zəng etdi?

Tramp Putin və Si Cinpinlə görüşündən sonra Avropa liderlərinə zəng edib.

Xarici mediaya istinadən, “İstəkli dövlətlər koalisiyası” liderlərinin Berlində keçirilən sammitindən sonra təşkil olunan mətbuat konfransında iştirakçılar jurnalistlərə bildiriblər ki, Tramp cümə axşamı günün ikinci yarısında sammit iştirakçılarına zəng edib.

Böyük Britaniyanın Baş naziri Endi Börnemin sözlərinə görə, Tramp telefon danışığı zamanı müharibədə həm Ukraynanın, həm də Rusiyanın verdiyi ağır itkilərdən danışıb. O, həmçinin ABŞ Prezidentinin sülhə doğru əldə olunduğunu bildirdiyi böyük irəliləyiş barədə məlumat verib.

Mətbuat konfransında Trampın xüsusi nümayəndəsi Cared Kuşner də bildirib ki, ABŞ Rusiyanı Ukraynaya veriləcək təhlükəsizlik təminatlarının NATO Nizamnaməsinin 5-ci maddəsində nəzərdə tutulan prinsip əsasında qurulmasının vacibliyinə inandıra bilib. Həmin maddəyə əsasən, NATO üzvlərindən birinə qarşı silahlı hücum bütün alyans üzvlərinə qarşı hücum hesab olunur və digər üzvlər hücuma məruz qalan ölkənin müdafiəsinə qalxır.

Müharibənin dayandırılması ilə bağlı danışıqlar zamanı Ukrayna dəfələrlə NATO Nizamnaməsinin 5-ci maddəsinə bənzər təhlükəsizlik təminatlarının verilməsini tələb edib. Bununla belə, son dövrlərədək Kiyevin NATO-ya üzvlüyü məsələsi müzakirə mövzusu olmayıb.

Rusiya Kuşnerin açıqlamasına münasibət bildirməyib.

ABŞ Prezidentinin nümayəndəsinin sözlərinə görə, Tramp Ukraynaya bu cür təhlükəsizlik təminatlarının verilməsinə açıqdır. Lakin bunun ABŞ-ın milli maraqlarına uyğun olması vacibdir.