Veteran futbolçu Munis Abdullayev Xankəndiyə qayıtmağın onun üçün xoş xatirələri yenidən canlandırdığını bildirib.
Peşəkar Futbol Liqası tərəfindən Xankəndiyə dəvət olunan sabiq futbolçu “Xankəndi” - “Karvan-Yevlax” oyunu öncəsi təəssüratlarını bölüşüb:
“Xankəndidə belə möhtəşəm stadionun olması və burda futbol oyununun təşkili çox qürurvericidi. Bizi Xankəndiyə dəvət etdiyi üçün PFL rəhbərliyinə də minnətdarlığımı bildirirəm. Bura ilə bağlı xoş xatirələrim var. Mən bu stadionda oynamışam, qollar vurmuşam. Gəncliyimiz burda keçib. Xankəndi çox gözəl, futbol ənənələri olan şəhərdi. Bu məkanda çoxlu gərgin oyunlarımız olub. Komandaya gələndə “Neftçi”nin əvəzedici heyətində oynayırdım. “Qarabağ”ın heyətində çıxış etmiş sonuncu azərbaycanlı futbolçu mən olmuşam.”