Peskov Trampın tərifinə reaksiya verdi:

Rusiya Prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov Ağ Evin rəhbəri Donald Trampın ünvanına səsləndirdiyi tərifli sözlərə münasibət bildirib.

Bu barədə "RİA Novosti"yə istinadla xəbər verilir.

"Nə deyim, əladır", - deyə o, jurnalistin müvafiq sualını cavablandırarkən söyləyib.

Peskov öz işi ilə fəxr etdiyini də əlavə edib.

Xatırladaq ki, daha əvvəl Ağ Ev Trampın Putinlə görüşündən öncə Peskovun əlini sıxaraq onu peşəkarlığına görə təriflədiyini açıqlamışdı. ABŞ lideri ona "İşinizin öhdəsindən əla gəlirsiniz" demişdi.